Dünyanın ucuz şəhərləri:   Qiymətlər çox sərfəlidir - SİYAHI
26 aprel 2024 14:18 (UTC +04:00)

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - SİYAHI

Dünyanın müxtəlif yerlərini görmək və yeni mədəniyyətlərlə tanış olmaq üçün çoxlu pul xərcləməli olduğumuzu düşünürük. Ancaq bu tam olaraq belə deyil. Əgər məqsəd yeni yerlər kəşf etməkdirsə, o zaman büdcənizə uyğun ölkələrə baş çəkə bilərsiniz. Çünki elə şəhərlər var ki, oralara ucuz qiymətə gedə və səyahət edə bilərsiniz. 

Lent.az xarici mediaya istinadən dünyanın ən ucuz şəhərlərini təqdim edir: 

Mumbay

Hindistanın və dünyanın ən sürətlə böyüyən şəhərlərindən biri olan Mumbay ən ucuz tətil yerləri arasındadır. Vaxtilə müstəqil adalardan ibarət olan şəhər indi bu adaların birləşməsi ilə yeni bir kimlik qazanıb. Bəzi regionları hətta Avropadan da bahadır. Ancaq ümumi olaraq az pul xərcləyib şəhərdə səyahət edə, yemək yeyə və qalmaq mümkündür.

Katmandu

Nepalın paytaxtı Katmandu, yaxınlıqda yerləşən möhtəşəm təbii gözəllikləri və məbədləri ilə tanınan bir şəhərdir. Həm sərfəli, həm də ekzotik tətil axtaranların görüş yeri olan şəhərdə cəmi bir neçə dollara qalıb nahar edə bilərsiniz.

Buxarest

Şərqi Avropa ölkələri Qərblə müqayisədə daha qənaətcildir və getmək asandır. Rumıniyanın paytaxtı Buxarest kimi… Buxarest təkcə iqtisadi deyil, həm də son dərəcə gözəl bir şəhərdir. Siz bütün günü əzəmətli binalarla əhatə olunmuş küçələrdə dolaşa, sərfəli qiymətə suvenirlər ala, gecələr klublarda əylənə bilərsiniz.

Panama şəhəri

Möhtəşəm ağ çimərlikləri və heyrətamiz adaları ilə məşhur olan Panama şəhərinin paytaxtı Panama City ucuz və tətil üçün əla alternativdir. Digər alternativlərlə müqayisədə ölkəmizdən daha uzaqdadır. Buna görə də nəqliyyat baxımından bir az əlavə xərclər çıxa bilər.

Yeni Dehli

Hindistanın və dünyanın ən ucuz şəhərlərindən biri Yeni Dehlidir. Burada siz çox sərfəli qiymətlərlə şəhərdə qalıb yemək yeyə bilərsiniz. Üstəlik, texnoloji məhsullar almaq istəyirsinizsə, bu, telefondan kompüterə qədər bir çox məhsulu sərfəli qiymətlərlə tapa biləcəyiniz bir alış-veriş cənnətidir.

Krakov

Polşanın və Avropanın ən qədim şəhərlərindən biri olan Krakov sərfəli yaşayış, yemək və alış-veriş imkanları ilə tanınır. Xüsusilə Krakov və ətrafının gecə həyatı çox rəngarəngdir. Bir çox ölkələrlə müqayisədə spirtli içkilərin qiymətləri çox aşağıdır. Beləliklə, səhərin erkən saatlarına qədər davam edən əyləncə üçün böyük bir sərvət xərcləmək lazım deyil.

Tirana 

Albaniyanın paytaxtı Tirana regionun və dünyanın ən ucuz şəhərləri sırasındadır. Bundan əlavə, Tirana ləzzətli alban yeməklərini sınaya biləcəyiniz qastronomik paytaxtdır. Elbasan tavası və Alban pastası kimi məşhur təamları dadmağı mütləq tövsiyə edilir. Tiranada olduğunuz zaman, Berat və Şkoder kimi Albaniyanın ən qədim yaşayış məntəqələrini də kəşf edə bilərsiniz.

Tunis

Afrikanın Aralıq dənizi sahilində yerləşən Tunis, sərfəli və unudulmaz bir tətil üçün mütləq düşünülməli bir yerdir. Siz Tunisdə büdcənizə uyğun şəkildə qalıb dənizin və günəşdən zövq ala bilərsiniz. Burada səhrada safari və dəvə sürmək kimi fəaliyyətlər də mümkündür. 

# 2712
avatar

Sevinc Fərid

Oxşar yazılar