Yay tətilinə hara getmək olar? - Ən yaxşı çimərlik  paytaxtı
22 may 2024 16:33 (UTC +04:00)

Yay tətilinə hara getmək olar? - Ən yaxşı çimərlik paytaxtı

Bir çox səyahətçilər artıq yay tətilini harada keçirəcəklərini planlaşdırırlar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, əgər pul ödəmədən gözəl çimərliklərdən, mədəniyyətdən və ləzzətli mətbəxdən zövq almaq istəyənlər Lissabonu ziyarət etməlidir. Məhz bura 2024-cü ilin ən yaxşı çimərlik paytaxtı seçilib. 

Portuqaliyanın paytaxtı Lissabon Avropanın ən bahalı şəhərləri arasında deyil. Ancaq bura çox təhlükəsiz şəhərdir. Çünki cinayət nisbəti çox aşağıdır. 

Şəhər öz unikal mədəni irsi, zəngin tarixi və Atlantik sahilləri boyunca gözəl çimərlikləri ilə turistləri cəlb edir. Şəhərdə dar küçələr və qədim tikililər müasir memarlıq və canlı mədəni müxtəlifliklə iç-içə olan orijinal, mənzərəli atmosferə malikdir. Turistlərə Belem Qülləsini, Queluz Sarayını, Azulexo Muzeyini və Vaqon Muzeyini görmələri tövsiyə olunur.

Lissabonun əsas görməli yerlərindən biri də gözəlliyi, təmizliyi və müxtəlifliyi ilə məşhur olan çimərlikləridir. Səyahətçilərə çimərlik fəaliyyətləri, su idmanları və günəş vannası qəbul etmək də daxil olmaqla, okean sahilində əla istirahət imkanları təklif olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2256
avatar

Sevinc Fərid

Oxşar yazılar