Ana uşaqlarını maşında tək qoydu, avtomobil yanıb kül oldu - VİDEO
21 fevral 2024 18:39 (UTC +04:00)

Ana uşaqlarını maşında tək qoydu, avtomobil yanıb kül oldu - VİDEO

Rusiyanın Krasnoyarsk vilayətində içərisində iki uşaq olan avtomobil yanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə anının çəkilişi zamanı uşaqlar artıq xilas ediliblər. Avtomobil isə tamamilə yanıb.

Hadisə Krasnoyarskın Sovetski rayonunda baş verib. Ana uşaqlarını “Lada Niva” markalı avtomobilində tək qoyub və mühərriki söndürmədən gedib. Bu zaman kiçik oğlu yatıb. 2016-cı il təvəllüdlü böyük övladı isə balaca qardaşına nəzarət edib. Qadın qayıdıb gələndə avtomobilinin alov içində qaldığını görüb.

Yoldan keçənlər uşaqları maşından çıxara bilib və yanğınsöndürənlərə zəng ediblər. Kiçik uşaq yanıq xəsarətləri alıb və xəstəxanadadır.

# 2928
avatar

Oxşar yazılar