Azərbaycanda 5 yaşlı uşağı maşın vurub öldürdü -  ANBAAN VİDEO  - YENİLƏNİB
13 iyun 2022 17:22 (UTC +04:00)

Azərbaycanda 5 yaşlı uşağı maşın vurub öldürdü - ANBAAN VİDEO - YENİLƏNİB

Xəbərə hadisə anının videosu əlavə olunub.

***
Saat: 10:26

Lənkəranda azyaşlını avtomobil vurub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Vilvan kəndində baş verib. 34 yaşlı Hüseynov İlkin Beytulla oğlu idarə etdiyi "Nissan Sunny" markalı avtomobillə yolu keçən 5 yaşlı Hüseynov Sənan Zaur oğlunu vurub.

Piyada aldığı xəsarətlərlə "Baku Medical Plaza" xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Maşın 5 yaşlı uşağı vurub öldürdü

# 6990
avatar

Mehman Nəbiyev

Oxşar yazılar