Bahalı maşınla gəlib oğurluq etdilər - HADİSƏ ANI
19 may 2023 16:35 (UTC +04:00)

Bahalı maşınla gəlib oğurluq etdilər - HADİSƏ ANI

İstanbul şəhərində bahalı avtomobil idarə edən 3 nəfər başqa bir avtomobili qarət ediblər. Onlar yol kənarında dayanan maşının şüşəsini sındıraraq təxminən 250 min lirəlik (təxminən 21 min 450 manat) hissələr oğurlayıblar.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə səhər saat 5:20-də Bayrampaşa Kocatepe Məhəlləsində baş verib. Məlumata görə, avtomobilin olduğu yerdə iki dəfə dövrə etdikdən sonra oğrular bahalı maşınlarından düşüblər. Şübhəli şəxslər qara rəngli avtomobilin şüşəsini sındırıb, daha sonra kimsə nəqliyyat vasitəsinə daxil olaraq salondan oğurluq edib. Digərləri isə avtomobildən çıxardıqları əşyaları öz avtomobillərinə doldurublar.

Daha sonra onlar avtomobilə hadisə yerindən qaçıblar.

Hadisə anını təqdim edirik:

 

# 3318
avatar

Oxşar yazılar