Bakıda anaya işgəncə verən oğlu SAXLANILDI  -VİDEO  - YENİLƏNİB
23 sentyabr 2022 14:15 (UTC +04:00)

Bakıda anaya işgəncə verən oğlu SAXLANILDI -VİDEO - YENİLƏNİB

Həyat yoldaşı ilə birgə 90 yaşlı anasına işgəncə verən oğul polisə dəvət olunub.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, anasına işgəncələr verən şəxs Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub.

Hazırda araşdırmalar davam edir.

***
Saat: 11:51

Bakıda yaşlı qadına işgəncə verilməsi ilə bağlı araşdırmalara başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, yayılan görüntülərlə araşdırma apaırlır.

Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.

***
Saat: 11:27

Azərbaycan 90 yaşlı qadına işgəncə verilir. 

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə, Bakının Buzovna qəsəbəsində Şərabanu adlı 90 yaşlı qadına oğlu və gəlini evdə işgəncə verir. 

Videogörüntüləri təqdim edirik:
 

# 19728
avatar

Fidan İlqar

Oxşar yazılar