Bakıda avtobus QƏZASI:  sürücü bu hala düşmüş maşından sağ çıxdı - VİDEO
07 oktyabr 2026 09:43 (UTC +04:00)

Bakıda avtobus QƏZASI: sürücü bu hala düşmüş maşından sağ çıxdı - VİDEO

0

Bakıda avtobusla toqquşan minik maşını ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Lada Granta" markalı minik avtomobili və “Daewoo” markalı avtobusun iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Lada Granta" markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində vətəndaşın deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 41 yaşlı Qədimov Elçin Qədim oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar