Bakıda qətl olan evdən GÖRÜNTÜLƏR
06 yanvar 2023 10:03 (UTC +04:00)

Bakıda qətl olan evdən GÖRÜNTÜLƏR

Bu gecə Bakının Xətai rayonunda qadının əri tərəfindən öldürülməsi barədə xəbər vermişdik.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, gecə saatlarında “112” qaynar telefon xəttinə Xətai rayonu, Zığ şosesində yerləşən mənzillərin birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər müvafiq vasitələrlə onmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq, polis əməkdaşlarının mənzilə daxil olmasına şərait yaradıblar. Həmçinin, mənzildə qətlə yetirilmiş 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın meyiti xilasedicilər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzildə olan R.Həşimovanın əri 1961-ci il təvəllüdlü İlham Həşimov şübhəli şəxs qismində tutulub.

# 4827
avatar

Oxşar yazılar