Bakıda sürücü ilə yol polisi arasında QALMAQAL  - VİDEO
20 sentyabr 2022 15:12 (UTC +04:00)

Bakıda sürücü ilə yol polisi arasında QALMAQAL - VİDEO

Bakıda sürücü ilə Yol Patrul Xidməti əməkdaşı arasında insident yaşanıb.

Lent.az xəbər verir ki, yol polisi paytaxt ərazisində yol hərəkəti qaydalarını pozan sürücünü saxlayıb. Əməkdaş sürücüdən sənədləri tələb etsə də, ala bilməyib.

Digər tərəfdən sürücü iddia edir ki, yol polisi onu saxlayarkən özünü təqdim etməyib. Həmçinin sürücünün sözlərinə görə, onun idarə etdiyi avtomobilə “Saxla” əmri verilərkən DYP avtomobili özü əks yolda hərəkət edib.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, sürücü avtomobili “Axundov bağı”nın yaxınlığında, hərəkətin sıx olduğu bir yerdə qanunsuz olaraq park edib:

“Bu zaman DYP əməkdaşları sürücüyə yaxınlaşaraq avtomobili oradan götürməsi üçün xəbərdarlıq ediblər. Sürücü DYP əməkdaşlarının qanuni tələbinə tabesizlik nümayiş etdirib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tədbir görülüb.

Əgər sıxlıqdan və tıxacdan narazılıq ediriksə, qaydalara əməl etməyənləri cəmiyyət olaraq ictimai qınaq obyektinə çevirməliyik. Hər hansı video çəkib, daha sonra özünə qaxmar çıxmaq istəyən, kütlə yaratmaq naminə ictimai fikirə təsir etmək və bu ucuz məqsədi güdərək qanun keşikçisinin işinə təsir etmək arzusunu yəqin ki, düşüncəsi olan hər bir adam düzgün qiymətləndirəcək"”.

Bakıda sürücü ilə yol polisi arasında qalmaqal

# 4161
avatar

Oxşar yazılar