Bankın adına səhifə açıb, pulları ələ keçirdi - VİDEO
23 noyabr 2022 13:54 (UTC +04:00)

Bankın adına səhifə açıb, pulları ələ keçirdi - VİDEO

Sosial şəbəkədə banklardan birinin adına saxta səhifə açaraq vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis şöbəsinə müraciət edən zərərçəkən kartında olan məbləği öyrənmək məqsədilə “Instagram” sosial şəbəkəsində banklardan birinin səhifəsinə yazdığını, kart məlumatlarını özünü bank işçisi kimi təqdim edən şəxsə göndərməsi nəticəsində hesabında olan 2000 manat pulun çıxarıldığını bildirib.

Daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı sosial şəbəkədəki həmin səhifənin qeyri-rəsmi, yəni saxta olduğu, vətəndaşların pullarını ələ keçirmək məqsədilə naməlum şəxs tərəfindən yaradıldığı müəyyən edilib. Keçirilmiş istintaq və əməliyyat-texniki tədbirlər nəticəsində dələduzluq cinayətini törədən Mingəçevir şəhər sakini, 23 yaşlı Asif Osmanov şübhəli şəxs qismində saxlanılıb və o, ifadəsində əməlini etiraf edib. 

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Asif Osmanovun başqa vətəndaşlara qarşı da analoji cinayətlər törətməsi istisna olunmur. Əgər onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Qəbələ rayon Polis Şöbəsinə müraciət edə bilərlər.

Asif Osmanov

# 1344
avatar

Oxşar yazılar

Səfirliyimizin əməkdaşı terrorçunu belə zərərsizləşdirib – YENİ VİDEO

Səfirliyimizin əməkdaşı terrorçunu belə zərərsizləşdirib – YENİ VİDEO

27 yanvar 2023 , 18:56
Bakıda  itlərin yemək qabını  oğurlayan KAMERALARA DÜŞDÜ

Bakıda itlərin yemək qabını oğurlayan KAMERALARA DÜŞDÜ

27 yanvar 2023 , 18:10
Bakıda iranlıların yaratdığı cinayətkar dəstənin üzvləri tutuldu - VİDEO

Bakıda iranlıların yaratdığı cinayətkar dəstənin üzvləri tutuldu - VİDEO

27 yanvar 2023 , 17:52
İranda şəhid olan Orxan Əsgərovun yaxınları DANIŞDI  -VİDEO

İranda şəhid olan Orxan Əsgərovun yaxınları DANIŞDI -VİDEO

27 yanvar 2023 , 16:49
İrandakı səfirliyimizə edilən silahlı hücumun YENİ VİDEOSU

İrandakı səfirliyimizə edilən silahlı hücumun YENİ VİDEOSU

27 yanvar 2023 , 13:53
İranın Bakıdakı səfirliyinin qarşısında təhlükəsizlik gücləndirildi - VİDEO

İranın Bakıdakı səfirliyinin qarşısında təhlükəsizlik gücləndirildi - VİDEO

27 yanvar 2023 , 12:15
İrandakı səfirliyimizə edilən silahlı hücumun ANBAAN GÖRÜNTÜLƏRİ

İrandakı səfirliyimizə edilən silahlı hücumun ANBAAN GÖRÜNTÜLƏRİ

27 yanvar 2023 , 12:08
İrandakı səfirliyimizdən SON GÖRÜNTÜLƏR

İrandakı səfirliyimizdən SON GÖRÜNTÜLƏR

27 yanvar 2023 , 11:51