Güclü sel 9 nəfəri öldürdü - VİDEO
18 may 2023 16:53 (UTC +04:00)

Güclü sel 9 nəfəri öldürdü - VİDEO

İtaliyanın şimalında təbii fəlakət baş verib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın şimalında Emiliya-Romanya bölgəsinə yağan güclü yağışlar nəticəsində 9 nəfər həlak olub, minlərlə insan təxliyə edilib. Təbii fəlakət sel və torpaq sürüşməsinə də səbəb olub.

Hökumət bəzi ərazilərdə orta illik yağıntının yarısının cəmi 36 saat ərzində düşdüyünü, nəticədə çayların daşdığını və əkin sahələrini su basdığını bildirib.

Təbii fəlakət nəticəsində İmolada keçiriləcək "Formula-1" Qran Prisi ləğv edilib.

# 2544
avatar

Arzu Qurbanlı

Oxşar yazılar