İdarəetmədən çıxan maşın zirzəmiyə düşdü - HADİSƏ ANI
04 mart 2023 19:00 (UTC +04:00)

İdarəetmədən çıxan maşın zirzəmiyə düşdü - HADİSƏ ANI

Türkiyənin Sinop şəhərində idarəetmədən çıxan avtomobil binanın zirzəmisinə düşüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, qəza yerli vaxtla saat 13 radələrində Gəlincik Məhəlləsində baş verib. Məlumata görə, 74 yaşlı Hüseyn K.-nin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq, yolun qarşı tərəfindəki mənzilin istinad divarına çırpılıb, daha sonra aşıb.

Şahidlərin xəbər verməsindən sonra hadisə yerinə xilasedicilər və təcili tibbi yardım əməkdaşları gəliblər. Avtomobilin arxa oturacağına düşən sürücü sıxışdığı yerdən xilasetmə və polis qrupları tərəfindən çıxarılaraq, xəstəxanaya aparılıb. İlk müdaxilədən sonra yaralı sürücü Sinop Atatürk Dövlət Xəstəxanasına yerləşdirilib. 

Avtomobil kranın köməyi ilə düşdüyü yerdən götürülərək evakuatora yüklənib. 

Qəza anı təhlükəsizlik kameralarına əks olunub.

# 3435
avatar

Oxşar yazılar