II Fəxri Xiyabanda RƏZALƏT:  Şəhidlərin məzarına qoyulan güllər oğurlandı - VİDEO
16 yanvar 2023 14:34 (UTC +04:00)

II Fəxri Xiyabanda RƏZALƏT: Şəhidlərin məzarına qoyulan güllər oğurlandı - VİDEO

İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları üstünə qoyulmuş əklil və güllər oğurlanıb.

Bu barədə Lent.az-a Qarabağ müharibəsi şəhidi Nurəhməd Hacıbəy oğlu Ulubəyovun yaxınları məluma verib. 

Şəhid yaxınlarının dediyinə görə, məzarların üstündəki güllərin oğurlanması ilk dəfə baş vermir:

"Biz tez-tez belə hallarla qarşılaşırıq. Dəfələrlə bu barədə polisə məlumat vermişik. Hətta gül oğruları kameralara da düşüb. Həmin görüntüləri də polisə təqdim etmişik. Bu xırda hadisə kimi görünsə də, şəhid ailələrinə çox böyük hörmətsizlikdir".

Xatırladaq ki, xiyabanın sözügedən ərazisində mühafizə fəaliyyət göstərir. 

Lent.az gül oğrularının görüntülərini təqdim edir:

Bakıda şəhidlərin məzarına qoyulan güllər oğurlandı

# 5643
avatar

Arzu Qurbanlı

Oxşar yazılar