İrəvanda polis ölən əsgərin anasını yerlə sürüdü -VİDEO
21 sentyabr 2022 11:42 (UTC +04:00)

İrəvanda polis ölən əsgərin anasını yerlə sürüdü -VİDEO

İrəvanda polis ölən hərbçilərin qohumlarına qarşı vəhşilik edib.

Lent.az “Sputnik Armenia”ya istinadən bildirir ki, ölən hərbçilərin yaxınları “Erablur” hərbi məzarlığında təhqir olunublar. Polis həlak olan hərbçilərin yaxınlarını məzarlıqdan zorla çıxarıb.

Bu hadisəni əks etdirən kadrlarda bir neçə polis məmurunun yaşlı qadını sürüyərək aparması əks olunub.

Sentyabrın 20-də axşam saatlarında ölən əsgərlərin qohumları baş nazir Nikol Paşinyanın Müstəqillik Günü ilə bağlı məzarlığa gəlməsinin qarşısını almaq istəyiblər. Bu məqsədlə bütün gecəni məzarlıqda növbə çəkəcəklərini elan ediblər. Panteonda xidmət etmək niyyətində olduqlarını bildiriblər. Valideynləri qəzəbləndirən isə baş nazirin kinli və yersiz hesab etdikləri bəzi açıqlamaları səbəb olub.

Lakin baş nazir məzarlığı ziyarət edə bilib.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistanda Müstəqillik Günü qeyd olunur.

Ermənistanda polis ölən əsgərlərin yaxınlarını məzarlıqdan zorla çıxarıb

Ermənistanda polis ölən əsgərlərin yaxınlarını məzarlıqdan zorla çıxarıb

# 3066
avatar

Nigar Namiq

Oxşar yazılar