Prezident dağılmış yolda maşın sürdü:  Aldadıldığını dedi   - VİDEO
14 mart 2023 19:15 (UTC +04:00)

Prezident dağılmış yolda maşın sürdü: Aldadıldığını dedi - VİDEO

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Surxandərya vilayətinin Baysun və Denau şəhərləri arasında yolun keyfiyyətini yoxlamaq qərarına gəlib və onun keyfiyyətindən məyus olub. 

Lent.az xarici mediaya istinadən bildirir ki, müvafiq videonu respublika başçısının mətbuat xidməti öz “Telegram” kanalında yayıb.

Vətəndaşların əvvəllər şikayət etdiyi xarab yolda maşın sürərkən prezident “hərəkət etməyin mümkün olmadığını” deyib.

“Birinə güvənirsən, yalan danışır. Deyəcəklər ki, hər şey yaxşıdır, gizlədəcəklər. Bax, biz özümüz görürük ki, bu yolla hərəkət etmək mümkün deyil. Keyfiyyət yoxdur”, - Mirziyoyev bildirib. Dövlət başçısı “müasir, keyfiyyətli və hamar yol” layihəsinin hazırlanmasını da tapşırıb.
 

# 5709
avatar

Oxşar yazılar