"Prius"un sürücüsü sərnişini bıçaqladı - VİDEO
18 noyabr 2022 10:53 (UTC +04:00)

"Prius"un sürücüsü sərnişini bıçaqladı - VİDEO

Bakı-Sumqayıt şossesində "Toyota Prius" markalı avtomobilin sürücüsü sərnişini bıçaqlayıb.

Lent.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, həmin görüntülər araşdırılıb:

"Əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. İlkin araşdırmalarla T.Rəhimovun 34 yaşlı Ə.Vəliyevi şəxsi münasibətlər zəmnində bıçaqla xəsarət yetirdiyi məlum olub. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir".

# 3204
avatar

Mehman Nəbiyev

Oxşar yazılar