Rusiya polisinin Xersondakı tağım komandirinin avtomobili partladıldı -VİDEO
20 mart 2023 18:22 (UTC +04:00)

Rusiya polisinin Xersondakı tağım komandirinin avtomobili partladıldı -VİDEO

Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində ruslar təyin etdiyi polisin “patrul xidməti”nin tağım komandirinin avtomobili partladılıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya təhlükəsizlik rəsmiləri iddia edirlər ki, martın 17-də naməlum şəxs taqım komandirinin idarə etdiyi VAZ-2121 markalı avtomobilin sol qanadının altına xüsusi qurğu yerləşdirib.

Daha sonra kişi ailəsi ilə birlikdə Xerson vilayətinin Aleşkovski rayonunun Yubileynı kəndindən keçərkən partlayış baş verib. Polis hadisə yerində ölüb, həyat yoldaşı və qızı isə yaralanıb.

# 6249
avatar

Oxşar yazılar