Rusiyalı məhbuslar Ukraynada döyüşə göndərilir - VİDEO
16 sentyabr 2022 14:10 (UTC +04:00)

Rusiyalı məhbuslar Ukraynada döyüşə göndərilir - VİDEO

Rusiyada müharibəyə cəlb olunmuş məhbusların avtomobil karvanlarının Ukraynaya doğru hərəkət etdiyi qeydə alınıb.

Lent.az Ukrayna KİV-ə istinadla bildirir ki, Rusiyanın Tambov vilayətində səkkizdən çox furqondan ibarət karvan görünüb. Məlumata görə, Tambov vilayətinin həbsxanalarına toplaşan 400 məhbus Rusiyanın cənub vilayətlərindən birinə aparılıb.

10-12 avtobusdan ibarət daha bir karvan isə Belqorodda - Ukrayna ilə sərhəddə görünüb.

Britaniya kəşfiyyatı bildirib ki, Rusiyanın özəl hərbi şirkəti “Vaqner” ən azı iyul ayından etibarən rusiyalı məhbusları Ukraynada xidmətə cəlb etmək üçün kampaniya aparır. Məhkumlara cəzanın azaldılması və pul mükafatı təklif olunur.

Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinə yaxın olan və qondarma “Vaqner”in yaradıcısı olan oliqarx Yevgeni Priqojinin Ukrayna ilə müharibəyə məhbusları şəxsən cəlb etdiyi videosu da yayılıb.

# 2076
avatar

Oxşar yazılar