Saatlı sakini noxudlarla möcüzələr yaradır -  VİDEO
17 may 2023 17:54 (UTC +04:00)

Saatlı sakini noxudlarla möcüzələr yaradır - VİDEO

Bu qablar nə ağac üzərində oymadı, nə qiymətli daşlardan, nə də mirvaridən hazırlanıb. Gördükləriniz Saatlı sakini Orxan Nərimanovun noxudlardan hazırladığı əl işləridir.

Orxan deyir ki, uşaq yaşlarından rəsm çəkməyə böyük həvəsi olsa da 18 yaşından sonra onda noxudlardan əsərlər, qablar, müxtəlif əşyalar düzəltməyə maraq yaranıb.

Müsahibimiz bildirir ki, bu güldanları, qabları, portret çərçivələrini ərsəyə gətirmək üçün yüzlərlə noxuddan istifadə edilib. Əl işlərinə pul təklif edilsə də Orxan Nərimanov indiyə kimi heç bir əsərini satmayıb.

 

# 2664
avatar

Oxşar yazılar