Şəhidin bu videosu hamını AĞLATDI:  Körpəsi ilə... - VİDEO
14 sentyabr 2022 18:20 (UTC +04:00)

Şəhidin bu videosu hamını AĞLATDI: Körpəsi ilə... - VİDEO

Sosial şəbəkələrdə dünən gecə şəhid olan Yunis Kazımovun videosu yayılıb. 

Lent.az xəbər verir ki, "Instagram"da onun özündən sonra qoyub getdiyi, üzünü çox az gördüyü bir körpə oğlu ilə çəkdiyi videosu paylaşılıb.

Şəhidin videoda körpəsinin qoxusunu içinə çəkməsini, onu sonuncu dəfə əyləndirməsini sosial şəbəkə istifadəçiləri böyük kədərlə qarşılayıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, 1993-cü il təvəllüdlü Yunis Kazımov bu gün Qazax rayonunda torpağa tapşırılıb. 
29 yaşlı baş leytenant Kazımov 44 günlük Vətən Müharibəsində də iştirak edib. O, Xocavənd, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları, “Azərbaycan Bayrağı” Ordeni ilə təltif olunub.

Allah bütün şəhidlərə rəhmət etsin, yerləri nurla dolsun!

Şəhidin sonuncu dəfə körpəsi ilə çəkdirdiyi video hamını təsirləndirdi

# 6978
avatar

Nigar Namiq

Oxşar yazılar