Sirkdə aslan nəzarətçiyə HÜCUM ETDİ -  VİDEO
05 yanvar 2023 18:50 (UTC +04:00)

Sirkdə aslan nəzarətçiyə HÜCUM ETDİ - VİDEO

Aslan Soçidəki sirkin arenasında məşqçi Aleksey Makarenkoya hücum edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təlimçi Edqar Zapaşnı öz "Telegram" kanalında paylaşım edib.

Onun sözlərinə görə, hadisəyə arenada olan şirlər arasında münaqişə səbəb olub. Təlimçi iki heyvanı bir-birindən ayırmağa çalışıb və üçüncü aslanın hücumuna məruz qalıb.

Onun həyat yoldaşı Olqa Borisova aslanı qovaraq Makarenkonu qorumağa çalışıb. Bildirilib ki, Makarenko tibbi yardım aldıqdan sonra tezliklə işə qayıda bilər.

Zərərçəkən aslanın hücumu nəticəsində bədənindəki yara izlərini də paylaşıb. 

# 3921
avatar

Fidan İlqar

Oxşar yazılar