Vəhşi fillər yolun ortasında DÖYÜŞDÜLƏR - VİDEO
23 may 2023 19:02 (UTC +04:00)

Vəhşi fillər yolun ortasında DÖYÜŞDÜLƏR - VİDEO

Hindistanda iki vəhşi fil yolun ortasında şiddətli döyüşə çıxıb.

Lent.az xəbər verir ki, heyvanlar Hindistan Meşə Xidmətinin əməkdaşı Susantha Nandanın "Twitter" hesabında yerləşdirdiyi videoda görüntülənib.

Sosial mediada yayılan və istifadəçiləri dəhşətə gətirən bu yazıda iki nəhəng, qəzəbli filin düz yolun ortasında kəllə-kəlləyə gəlməsi göstərilir.

Fillərin döyüşü sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb olub. Onlardan biri qeyd edib ki, fillər quyruğunu yelləyəndə sürünün digər üzvlərinin də uzaq durmasını istəyirlər. "Bu həm də üstünlüyünü göstərmək üçün bir yoldur" deyə yazılıb.

Digər istifadəçilər belə təhlükəli səhnəni lentə alan şəxsdən narahat olduqlarını qeyd ediblər. "Bunu çəkən şəxs çox cəsarətli olmalıdır", - onlardan biri deyib.

# 2532
avatar

Fidan İlqar

Oxşar yazılar