Vilayət Eyvazov bütün polis rəislərini Bakıya topladı  - VİDEO
23 yanvar 2023 14:43 (UTC +04:00)

Vilayət Eyvazov bütün polis rəislərini Bakıya topladı - VİDEO

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, respublikanın bütün şəhər və rayonları üzrə idarə və şöbə rəislərinin iştirakı ilə keçirilən kollegiya iclasına daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik edir.

Kollegiya iclası 2022-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. 

# 6390
avatar

Oxşar yazılar