Aygün Kazımova qazi üçün mahnı oxudu
18 iyun 2022 11:28 (UTC +04:00)

Aygün Kazımova qazi üçün mahnı oxudu

Xalq artistindən hər iki gözünü itirən qaziyə JEST - VİDEO

Xalq artisti Aygün Kazımova İkinci Qarabağ müharibəsində hər iki gözünü itirən qaziyə zəng edib.

Lent.az xəbər verir ki, müğənni hospitalda müalicə alan qaziyə zəng edərək mahnı oxuyub. 

Belə ki, sosial şəbəkələrdə Süleyman adlı qazinin Aygün Kazımovanın “Gecələr keçir” mahnısını çox sevdiyini söylədiyi video yayılıb və sənətçinin adı paylaşımda işarələnib. 
Bunu izləyən Xalq artisti həmin qazi ilə əlaqə saxlayıb və görüntülərdən çox təsirləndiyini vurğulayıb. Bundan sonra o, qazi üçün sevdiyi mahnını canlı ifa edib. 

Qeyd edək ki, müğənni paytaxtda deyil və Bakıya qayıdanda yaralı qaziyə baş çəkəcəyini deyib. 
 

Aygün Kazımova qazi üçün mahnı oxudu

# 4833
avatar

Nigar Namiq

Oxşar yazılar