Zaqatala dağlarındakı yanğın belə söndürülür - FHN VİDEO  yaydı
31 avqust 2022 18:24 (UTC +04:00)

Zaqatala dağlarındakı yanğın belə söndürülür - FHN VİDEO yaydı

Xəbər verildiyi kimi, ötən gün Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında nazirliyin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunaraq yanğınla mübarizə tədbirlərinə başlanılıb.

FHN-dən Lent.az-a verilən məlumata görə, havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Hazırda yanğının söndürülməsi əməliyyatında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.

Əlavə məlumat veriləcək.

# 10572
avatar

Oxşar yazılar