Sevinc Babayevanın oğlu saxlanıldı - <span style="color:red;">YENİLƏNİB
05 fevral 2016 00:20 (UTC +04:00)

Sevinc Babayevanın oğlu saxlanıldı - YENİLƏNİB

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

 

1 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, xəstəxanaya  təcili yardımla gələn Günay Məmmədova ilkin ifadəsində həyat yoldaşı tərəfindən bıçaqlandığını bildirib.

 

Hadisəni Binəqədi qəsəbəsi 1-ci mədən korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ayxan Məmmədov törədib. Belə ki, o mübahisə zəmnində həyat yoldaşı Günay Məmmədovaya baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub.  1 saylı Şəhər Klinik Xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub. Xəstəxanadan bildiriblər  ki, hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.

 

Hadisəni törədən Ayxan Məmmədovun hadisə yerindən qaçıb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbiri keçiriblər. A. Məmmədov saxlanılaraq polis idarəsinə gətirilib.

 

Qeyd edək ki, A. Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videoların qəhrəmanlarından olan Sevinc Babayevanın oğludur. S. Babayeva "İnterpol" xəttilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində ürək xəstəliyindən vəfat edib.

 

***

04/01/16.  18:22

Bakının Binəqədi rayonunda keçmiş məhkum arvadını bıçaqlayıb. Lent.az Report-a istinadən xəbər verir ki, Binəqədi qəsəbəsi 1-ci mədən korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ayxan Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

 

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. A.Məmmədovun tutulması üçün axtarış tədbirləri davam etdirilir.

 

A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. S.Babayeva "İnterpol" xəttilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

 

# 143
avatar

Oxşar yazılar