BALIQLAR BÜRCÜ 19 Fevral - 20 Mart

Doğum cədvəlinin hesablanması

Astroloji cədvəliniz sizə nə deyə bilər?

Bu gün hissləriniz sizə çox şey söyləyəcək, amma hər qərarı yalnız emosiyalarla vermək doğru olmaz. İşdə diqqət və yaradıcılıq tələb edən tapşırıq sizə uyğun olacaq. Maddi baxımdan kiminsə xahişi ilə planınızı dəyişmək məcburiyyətində qalmamağa çalışın. Sevgi həyatında münasibəti olan Balıqlar qarşı tərəfin sözlərindən çox davranışına fikir verəcəklər. Subaylar isə sakit və səmimi biri ilə ünsiyyətə maraq göstərə bilərlər. Bu gün özünüzü kiminsə yanında rahat hiss etməyiniz həmin insan haqqında sizə çox şey deyə bilər.

Balıqlar: Bu həftə müəyyən məsələlərdə başqalarından cavab gözləmək əvəzinə öz hisslərinizə qulaq asmağa başlayacaqsınız. Uzun müddətdir qərarsız olduğunuz mövzuda daxilinizdə cavab formalaşa bilər. İş həyatında yaradıcılığınızı sərbəst istifadə edə bildiyiniz tapşırıqlar sizə daha çox uğur gətirəcək. Başqasının üsulunu təkrarlamaq əvəzinə öz yanaşmanızı göstərməyiniz diqqət çəkə bilər. Maliyyədə ailə və yaxın insanlarla bağlı xərc ortaya çıxsa da, bütün yükü öz üzərinizə götürmək məcburiyyətində deyilsiniz. Bir müddətdir istədiyiniz şəxsi alış üçün də imkan yarana bilər. Ailə həyatında səmimi bir söhbət müəyyən insanla aranızdakı məsafəni azaldacaq. Sevgi həyatında münasibəti olan Balıqlar özlərini daha rahat ifadə edə biləcəklər və əvvəllər deməyə çətinlik çəkdikləri hissi bölüşə bilərlər. Subay Balıqların həyatında isə sakit davranışı ilə diqqət çəkən biri görünə bilər. Bu tanışlıq ilk anda böyük romantik hadisə təsiri yaratmasa da, zaman keçdikcə həmin insanın sizin üçün fərqli yer tutduğunu anlaya bilərsiniz. Həftənin sonunda səs-küydən uzaqlaşıb özünüzlə qalmaq gələcək planlarınızı daha aydın görməyinizə kömək edəcək.

Balıqlar üçün sentyabrın əsas mövzusu münasibətlər olacaq. Həm sevgi, həm dostluq, həm də iş ortaqlıqlarında mühüm qərarlar verilə bilər. Münasibəti olan Balıqlar qarşı tərəflə gələcək haqqında ciddi danışa bilər. Bəzi münasibətlər daha ciddi mərhələyə keçə, sağlam təməli olmayan əlaqələr isə sona çata bilər. Subay Balıqların həyatına qəfil biri daxil ola bilər və bu tanışlıq düşündüyünüzdən daha sürətlə inkişaf edə bilər. İş həyatında əməkdaşlıq təklifləri diqqət çəkəcək. Təkbaşına etməkdə çətinlik çəkdiyiniz işi doğru insanlarla birlikdə daha rahat həyata keçirə bilərsiniz. Maddi məsələlərdə ayın ikinci yarısı daha diqqətli olmağı tələb edəcək. Ortaq xərclər və gözlənilməz ödənişlər yarana bilər. Ayın sonuna doğru emosional olaraq daha güclü hiss edəcəksiniz. Uzun müddətdir sizi düşündürən bir məsələyə nöqtə qoymaq və həyatınızda yeni səhifə açmaq üçün cəsarət tapa bilərsiniz.

2026-cı il Balıqlar üçün daxili oyanış ilidir. Duyğular daha güclü olacaq. Intuisiya artacaq. Ruhani mövzular maraq doğuracaq. İş həyatında qeyri-müəyyənlik ola bilər. Ancaq yaradıcı sahələrdə uğur mümkündür. Maddi məsələlərdə diqqətli olmaq lazımdır. Aldanma riski ola bilər. Ailə münasibətlərində anlayış artacaq. Dəstək hiss olunacaq. Sevgi həyatında romantika güclənəcək. Münasibətlər dərinləşəcək. Tək Balıqlar üçün taleyüklü tanışlıqlar mümkündür. Keçmiş münasibətlər təsir göstərə bilər. Sərhədlərini qorumağı öyrənməlisən. Dostluqlarda fədakarlıq artacaq. Özünü qurban verməməlisən. Sağlamlıqda emosional vəziyyət önəmlidir. Stress immuniteti zəiflədə bilər. Dincəlmək vacibdir. Su ilə bağlı fəaliyyətlər rahatladacaq. Yaradıcılıq güclənəcək. Musiqi və sənət uğur gətirəcək. İl ortasında daxili dönüş baş verəcək. Özünü daha yaxşı anlayacaqsan. Qorxular azalacaq. Özünə inam artacaq. Keçmiş yüklərdən azad olacaqsan. Ailə bağları möhkəmlənəcək. Maddi sabitlik yavaş-yavaş yaranacaq. İl sonuna doğru sakitlik gələcək. Ruhən rahatlayacaqsan. Həyata baxışın dəyişəcək. Öz yolunu tapacaqsan. Emosional yetkinlik artacaq. Daxili səsin güclənəcək. 2026 şəfa və oyanış ilidir.

Ulduzlar sistemində sonuncu — yəni 12-ci yeri tutan balıqlar bürcü bir qayda olaraq fevralın 20-dən martın 20-nə qədər olan dövrü əhatə edir. Ünsürü su, planeti Neptun və Yupiter, rəngi bənövşəyi, göy, rəqəmi 6 və 7, daşı ametist, zümrüd, sapfir, çiçəyi nərgiz, yasəmən, metalı sink, uğursuz günü çərşənbə, uğurlu günü isə cümə axşamıdır. 

Balıqlar olan məclislərdə, yığıncaqlarda onları həmişə diqqət mərkəzində görmək mümkündür. Əgər onlar bunu bacarmasalar, onda bir qıraqda durub darıxacaqlar.
İlkin söhbət üçün musiqi, teatr haqqında söz salın, bu onların maraq dairəsindədir. Balıqlar monoloq söyləməyi xoşlayır. Onlara diqqətlə qulaq asın və sözünü kəsməyin. Əgər söhbətində heç nəyi başa düşmədinizsə, onda səmimi olaraq bunu onlara deyin. Balıqların ən sevimli işi nəyisə insanlara başa salmaqdır. Onlar düzgün düşünür, ancaq gözəl danışa bilmir. Odur ki, sözündən inciməyin.
Balıqlar rəqs etməyi xoşlayır. Onları ilk görüşə çağırmaq üçün rəqs etmək mümkün olan restorana, toya, dostlarla yığıncağa və ya hər hansı bir bayrama dəvət edə bilərsiz.
Onlar tənhalıqdan qorxur. Əgər b
alıqları doğrudan da çox sevirsinizsə, onları heç vaxt tək qoymayın.
Balıqlar hədiyyə almağı çox sevir. Hədiyyə almış olsanız, çalışın ki, maraq dairəsinə yaxın bir şey olsun. Şəkil albomu, təncim elminə aid kitab, şeir məcmuəsi, zinət əşyaları, bahalı aksessuarlar varsa, lap yaxşı olar. Bu onları çox sevindirər.

Balıqlar bürcü altında doğulan insanlar — düşüncəli, təxəyyülə malik, eyni zamanda qətiyyətsiz, dəyişikliklərə meylli və reallıqdan ayrılmış olurlar. Bu bürclə Yupiter və Neptun planetləri bilavasitə əlaqədardır, lakin onlardan heç biri praktik işlərə öz enerjilərini ayırmırlar; hər ikisi təxəyyülün genişləndirilməsi ilə bağlıdır və Balıqlara öz hisslərini sərbəst şəkildə ifadə etmək imkanı verirlər. Heç də təəccüblü deyildir ki, Balıqlarla müqayisədə digər bürclər darıxdırıcı və borc hissi ilə həddən artıq bağlı görünürlər.Balıqların fəallığı reaktivdir; başqa sözlə, onlar yalnız yaranan effektə cavab olaraq hərəkət edirlər və heç vaxt ilk addımı atmırlar. Yüksək kövrəklikləri onları emosional cəhətdən çox yaralı insan edir.

 

BALIQLAR BÜRCÜ KİŞİLƏRİ

O, ehtiraslı, emoşional və qeyri-sabitdir. Onunla hər bir gözlənilməzlik mümkündür. Balıqların rəmzi-əks istiqamətlərə üzən iki balıqdır; elə ona görə də həmişə ziddiyyətli arzulardan əziyyət çəkirlər. Gah bir iş görür, gah da tamam başqa bir işdən yapışırlar.Bütün ətrafdakılara qeyri-adi dərəcədə həssasdır. insanları cəzb etmək istedadına malikdir. Çox vaxt insanları olduğu kimi deyil, görmək istədiyi kimi görür. Onu hissiyyatlı qadınlar cəlb edir, xüsusilə əgər onlar liderliyə can atırlarsa. İnsanı ideallaşdırır, sevdiyində mənfi cəhətlər görmədiyinə görə çox şeylərlə barışır. Xəyalpərvərdir. Xəyalları qeyri-realdır. Məhəbbət təkcə romantika — ay, qızılgül, şer deyil, həm də ev təhlükəsizliyidir.Çox da böyük sədaqətə bel bağlamayın. Bu — onun üslubu deyil. Tez təsir altına düşür.

O, həssas, intellektual və qeyri-adi varlıqdır. Əla yol yoldaşıdır. Yaradıcı şəxsiyyətdir; özünü yazıçı, musiqiçi, rəssam kimi göstərir. Biznesdə çox da uğur qazana bilmir.

 

BALIQLAR BÜRCÜ QADINLARI

Qadın balığı gözəllik və sirr planeti Neptun idarə edir. O, çox məlahətli həssas və yaxşı irituisiyalı qadındır. Bəsirəti onu başqalarının dərdinə ürək yandırmağa sövq edir. İnsanın xaricinə deyil, daxili aləminə reaksiya verir; heç vaxt onu aldatmağa çalışmayın, onsuz da hər şeyi görür. Qeyri-adi həssaslığına görə o, bir qədər okkultizmə meyllidir, əldə fala baxır, spiritik seanslarda uğurla iştirak edir. O həqiqətən kişiləri cəlb edən qəribə bir keyfiyyətə malikdir. Lakin çox asıiı xarakteri var və həyatında əsas rol oynayacaq insana çox bağlıdır. O daha çox xəyal və ümidlərə meyl edir. Konkret hərəkətlər onu maraqlandırmır.
Konflikt və yarışlara getmir, hakimiyyət uğrunda bütün gücü ilə vuruşmur. Ancaq öz məqsədlərinə çatmaq üçün kişiləri şirnikləndirə bilir. O həddən artıq tez vurulur. Bəzən iki kişi arasında qalır. Əlaqələri çox səmimi olur. Adətən o, yumşaq və az seksual olan kişiyə ərə gedir. Onunla özünü daha etibarlı hiss edir. Ancaq tamam başqa bir sevgili barədə düşünür; güclü qəddar, seksual. O, həyatda aktrisadır və hər bir rolu oynaya bilir. Teatr sahəsində yaxşı karyera qazana bilər. Qadın
balıqları həyatda çox vaxt çılpaq model, striptiz-rəqqasə, bəzilərini isə fahişə kimi görmək olar. Onlar yaxşı həyat yoldaşıdır. Gözəl evdar olub uşaqlarını seviıiər. Xəstələrə qulluq etmək qabiliyyətləri var; bəziləri gözəl həkim və tibb bacısı olurlar. Balıqlar -kədər bürcüdür.