Doğum cədvəlinin hesablanması
Astroloji cədvəliniz sizə nə deyə bilər?
Bu gün sənin düşüncə tərzin digərlərindən fərqlənəcək və bu, diqqət çəkəcək. Qeyri-adi ideyaların insanları ya heyrətləndirəcək, ya da çaşdıracaq. İşdə fərqli yanaşma sənə üstünlük verə bilər. Amma münasibətlərdə bir az məsafə yaratmaq istəyin qarşı tərəfi narahat edə bilər. Günün sonu daha sosial və aktiv keçə bilər.
Dolçalar üçün bu həftə münasibətlər, əməkdaşlıqlar və sosial əlaqələr baxımından çox aktiv olacaq və siz daha çox insanla ünsiyyətdə olacaqsınız. Həftənin əvvəlində yeni tanışlıqlar və əməkdaşlıq imkanları yarana bilər. İş həyatında komanda ilə işləmək sizə uğur gətirəcək və siz öz ideyalarınızı başqalarına qəbul etdirə biləcəksiniz. Lakin bəzi fikir ayrılıqları yarana bilər və bu vəziyyəti düzgün idarə etmək vacibdir. Sevgi həyatında isə qarşı tərəfi anlamağa çalışmaq münasibətləri gücləndirəcək. Həftənin sonunda isə münasibətlərdə daha çox aydınlıq yaranacaq.
May ayı Dolça bürcü üçün yenilik və dəyişiklik ayı olacaq. Bu ay qeyri-adi ideyaların artacaq. Yaradıcılıq qabiliyyətin yüksələcək. Yeni layihələrə başlamaq istəyəcəksən. İş həyatında fərqli yanaşmaların diqqət çəkəcək. Bu, sənə uğur qazandıra bilər. Bəzən başqaları səni tam anlamaya bilər. Səbirli olmaq lazımdır. Maliyyə baxımından dəyişkən dövr olacaq. Gəlir və xərclər arasında fərq ola bilər. Planlı olmaq vacibdir. Riskli addımlardan uzaq dur. Sevgi həyatında sürprizlər ola bilər. Subay Dolçalar üçün gözlənilməz tanışlıq mümkündür. Bu tanışlıq maraqlı inkişaf edə bilər. Münasibətdə olanlar üçün isə yenilik ehtiyacı yaranacaq. Partnyorla fərqli fəaliyyətlər sınamaq münasibəti gücləndirəcək. Ailə ilə münasibətlər yaxşı olacaq. Dəstək hiss edəcəksən. Dostlarla münasibətlər aktiv olacaq. Sosial həyatın canlanacaq. Yeni çevrələrə qoşula bilərsən. Sağlamlıq baxımından enerjin dəyişkən olacaq. Bəzən yorğunluq hiss edə bilərsən. Dincəlmək vacibdir. Psixoloji rahatlıq önəmlidir. Musiqi və hobbilər sənə kömək edəcək. Ayın ortasında maraqlı təklif ala bilərsən. Bu təklif gələcəyinə təsir edə bilər. Ayın sonu isə daha stabil keçəcək. Özünü daha balanslı hiss edəcəksən. Bu ay sənə yenilik və inkişaf gətirəcək.
2026-cı il Dolça üçün yenilik ilidir. İl boyu fərqli düşüncələr ön plana çıxacaq. Azadlıq ehtiyacı artacaq. İş həyatında qeyri-ənənəvi imkanlar olacaq. Texnologiya və yenilik uğur gətirəcək. Maddi gəlirlər dalğalı ola bilər. Riskli addımlar diqqət tələb edir. Ailə münasibətlərində məsafə hiss edilə bilər. Ünsiyyət vacib olacaq. Sevgi həyatında qeyri-adi münasibətlər mümkündür. Klassik modellər darıxdırıcı gələcək. Tək Dolçalar üçün fərqli tanışlıqlar olacaq. Münasibətlərdə sərbəstlik önəmli olacaq. Dostluqlar əsas rol oynayacaq. Sosial çevrə genişlənəcək. Sağlamlıqda sinir sistemi ön planda olacaq. Zehni yorğunluq ola bilər. Dincəlmək vacibdir. Yaradıcı fəaliyyətlər rahatladacaq. İdeyalar çox olacaq. Hamısını reallaşdırmaq çətin ola bilər. Fokuslanmaq lazımdır. İl ortasında kəskin dəyişiklik mümkündür. Bu dəyişiklik azadlıq gətirəcək. Keçmiş bağlar qopacaq. Öz yolunu seçəcəksən. Cəmiyyətə baxışın dəyişəcək. Dəyərlər yenilənəcək. Ailə ilə anlaşma artacaq. İl sonuna doğru sabitlik yaranacaq. Azadlıq və məsuliyyət balanslanacaq. Özünü daha rahat hiss edəcəksən. Planların aydınlaşacaq. Həyat ritmin dəyişəcək. Yeniliklərdən qorxmayacaqsan. 2026 azadlaşma ilidir.
Digər bürc sahiblərindən fərqli olaraq. Dolçayla tanış olmaq çox asandır. Bu münasibətlərdə ən çətini onun diqqətini cəlb etməkdir. Dolçalar çox ünsiyyətçidiıiər. İlk tanışlıqda bu adamla tez bir zamanda mehribanlaşıb, istənilən mövzuda danışa bilərsiz.
Bu bürcdən olanlar yüksək zəka, intellekt sahibləridiıiər. Ona görə də, özlərinə oxşar adamlarla ünsiyyət qurmağı bəyənirlər.Dolça yüksək zövqə malikdir. zərif, incə hədiyyələri sevirlər. Dolça üçün ən gözəl hədiyyə kitabdır. Bunu da unutmayın ki, aldığınız hədiyyə məhz Dolçanın istifadəsinə yararlı olmalıdır.
Dolçayla ünsiyyət qurduqda çoxlu suallar verin. Bu sual onun işinə, sevdiyi musiqiyə, kitaba, yığdığı, topladığı kolleksiyaya aid ola bilər.
Əgər Dolça ilə ailə münasibətlərində hər şeyin yaxşı olmasını istəyirsinizsə, onda sizdən yüksək yumor qabiliyyəti, səmimi ünsiyyət, etibar tələb olunur.
Çalışın ki. Dolça ilə hökmranlıqla rəftar etməyəsiniz. O, belə münasibəti xoşlamır. Dolça saatlarla telefonda danışmağı xoşlayır. Bu vərdişini onun tərk etməyini tələb eləməyin, onsuz da bu alınmayacaq. Dostları ilə ilk baxışdan boş görünən söhbətlərlə saatlarla telefonda danışması onun ən sevimli işidir.
Evinizdə köhnə əşyaları atın, mebellərin yerini dəyişin. Dolçalar yeniliyi çox sevirlər. Onlarla münasibətdə öz emosiyalarınıza sahib çıxın. Onlar bunu qiymətləndirirlər. Çalışın onun xoş əhval-ruhiyyəsi olmadığı bir vaxtda problemlər haqda danışmayasız. Bu vəziyyəti daha da çətinləşdirir.
DOLÇA BÜRCÜ KİŞİ
Dolça kişini özünüzlə maraqlandırmalısınız. Sizin füsunkarlığınız barədə düşünməmişdən əvvəl sizin şəxsiyyətinizə hörmət etməsi lazımdır. Əgər onu ağıl və intellektlə ələ almısınızsa, deməli fiziki cəhətdən qovuşa bilərsiniz. O, səxavətli, açıqürəklidir, başqa insanlarla səmimi şəkildə maraqlanır. Analitik təfəkkürü var. Qərarlarında yaradıcıdır, kömək etməyə hazırdır. Adətən gözləyir ki, qadın birinci addımı atsın. O, laqeyd deyil, sadəcə olaraq, yalnız qadınla dostluq yaradandan sonra ehtirası oyanir. Qarşılıqlı anlaşma olmayan yerdə özünə qapanır; zahiri soyuq görkəmin arxasında böyük emosiyalar gizlənir. Onu kompromis qərarlara vadar etməyin. Ənənələri pozur və belə hesab edir ki, bununla tərəqqiyə xidmət edir. O, müstəqil və azaddır. Təbii ki, səyahəti sevir. Çoxlu tanışları olmasına baxmayaraq, əsl dostu çox azdır. Tez-tez bütün əlaqələri, hətta dostluğu da qıra bilir. O yorulmazdır, həmişə ideal tərəfdaş axtarır. Asanlıqla vurulur, bəzən flirt yapır, ancaq sədaqətlidir. Onu həmişə yeni və qeyri-adi olan cəlb edir. Zahirən ilk baxışda soyuq görünsə də, əslində nəcib, emosional və canlıdır. İnsanları həqiqətən sevir.
DOLÇA BÜRCÜ QADIN
Qadın dolçanın yüksək tələbləri var və təkid edir ki, sevgilisi ona lazımı hörmətlə yanaşsın. Xoşuna gəlmir ki, ona seksual obyekt kimi baxsınlar. Sevmir ki, onu tələsdirsiniər. İlk görüşdən bu qadını siz yatağa sala bilməzsiniz. Dolça qadın həssasdır və çox güclü intellektə malikdir. O əsasən ağılla yaşayır. Dostlar onu ruhlandırır. Məclis və qonaqlıqları sevir, cəmiyyət içrə özünü rahat hiss edir. Əsasən düzdanışan və səmimidir, yalanı bacarmır. Adətən sevdiyi adama öz qəlbini açır və çox vaxt yersiz şəkildə. Dolcalar başqalarının həyatında iştirak edir və özgələrə lazım olmayan məsləhətlər verirlər. O, nəyəsə nail olmağı sevir. Üzərinə məsuliyyət götürməyi, yeni işlərə başlamağı xoşlayır. Bilir ki, istənilən məqsədə çata bilər.
Bundan əlavə, o, şəxsiyyətdir; şəxsi əqidəsini müdafiə etmək üçün cəsarəti çatır. Planı uğursuz çıxsa, depresiyaya düşmür, səhvlərindən nəticə çıxarmağa çalışır.
Onu əks cins çox maraqlandırır. İdeal yoldaş axtarır və seçimini çətinliklə edir. Heç təəcüblü deyil ki, o gec ərə gedir; bir çox dostları onun seçimindən heyrətə düşürlər. Qadın-Dolça ona qadın varlığını hiss etdirən kişiyə ehtiyac duyur. O, gözəl şeyləri, o cümlədən insan bədənini sevir. Fiqurası ilə bağlı komplimentləri xoşlayır. Qeyri-adi dərəcədə səliqəlidir. İnadkar, əsəbli və deyingən ola bilər. Bədxərcliyə də meyllidir, ancaq bunu boynuna almayıb təbii sayır.