ƏKİZLƏR BÜRCÜ 21 May - 20 İyun

Doğum cədvəlinin hesablanması

Astroloji cədvəliniz sizə nə deyə bilər?

Bu gün danışıq və məlumat axını güclü olacaq. Bir neçə nəfərlə eyni anda ünsiyyət qurmaq, müxtəlif mövzuları müzakirə etmək və tez qərar vermək lazım gələ bilər. İş həyatında çevikliyiniz sizə üstünlük qazandıracaq, amma vacib detalı gözdən qaçırmamaq üçün qeydlər aparmaq faydalı olar. Pul məsələsində kiçik, amma ardıcıl xərclər büdcəyə təsir göstərə bilər. Sevgi həyatında münasibəti olan Əkizlər qarşı tərəfdən daha aydın cavab gözləyə bilərlər. Subay Əkizlər üçün mesajlaşma ilə başlayan ünsiyyət sürətlə yaxınlaşa bilər. Bu gün bir söhbət düşündüyünüzdən daha çox məna daşıya bilər.

Əkizlər: Bu həftə bir söhbətin həyatınızdakı başqa hadisələrin də istiqamətini dəyişdirdiyini görə bilərsiniz. İlk günlərdə ardıcıl xəbərlər almağınız mümkündür və onların arasında biri xüsusi əhəmiyyət daşıyacaq. İşdə yeni insanlarla əlaqə qurmaq, təqdimat etmək, görüş keçirmək və öz fikrinizi müdafiə etmək üçün münasib şərait yaranacaq. Lakin eşitdiyiniz hər məlumatı dərhal başqaları ilə paylaşmayın, çünki müəyyən məsələ hələ tam dəqiqləşməyə bilər. Karyerasını dəyişmək istəyən Əkizlər başqa sahə haqqında ciddi düşünməyə başlaya bilərlər. Maliyyədə özünüzü mükafatlandırmaq istəyi xərclərin artmasına səbəb ola bilər. Xüsusilə dostlarla keçirilən vaxt büdcənizdə nəzərdə tutmadığınız məbləğ yarada bilər. Ailə daxilində gənc bir insanın qərarı müzakirə mövzusuna çevrilə bilər. Sevgi həyatında münasibəti olan Əkizlər gündəlik söhbətlərdən uzaqlaşıb daha şəxsi mövzulara toxuna bilərlər. Subay Əkizlər üçün isə zarafatla başlayan ünsiyyətin ciddi marağa çevrilməsi mümkündür. Qarşı tərəfin zəka və danışıq tərzi sizi cəlb edə bilər. Həftənin sonunda bir neçə dəvət arasından seçim etmək lazım gələ bilər.

Sentyabr Əkizlərin həyatına sürət gətirəcək. Telefon zəngləri, görüşlər, yeni xəbərlər və planlar bir-birini əvəz edə bilər. İş həyatında ünsiyyət bacarığınız əsas üstünlüyünüz olacaq. Yeni insanlarla quracağınız əlaqələr gələcəkdə karyeranıza müsbət təsir göstərə bilər. İş dəyişmək istəyən Əkizlər üçün maraqlı imkan yarana bilər. Maddi baxımdan gəlir artsa belə, xərclərin də çoxalması mümkündür. Buna görə qazandığınız pulu dərhal xərcləməməyə çalışın. Sevgi həyatında isə qarışıq duyğular yaşana bilər. Münasibəti olan Əkizlər qarşı tərəfdən daha çox diqqət gözləyə bilər. Subaylar üçün qəfil başlayan yazışma romantik münasibətə çevrilə bilər. Ayın sonuna doğru uzun müddətdir düşündüyünüz səfər və ya yeni layihə gündəmə gələcək. Sentyabr sizə seçimlər təqdim edəcək, amma hansı istiqamətdə gedəcəyinizə özünüz qərar verməli olacaqsınız.

 

2026-cı il Əkizlər üçün dəyişiklik və yenilənmə ilidir. İl boyu zehni aktivliyin yüksək olacaq. Yeni ideyalar yaranacaq. Kommunikasiya güclənəcək. İş həyatında çoxşaxəli imkanlar çıxacaq. Eyni anda bir neçə işlə məşğul ola bilərsən. Diqqət dağınıqlığı riski olacaq. Planlama vacib olacaq. Maddi gəlirlər dalğalı ola bilər. Ani xərclərdən çəkinməlisən. Ailə içində daha çox dialoq olacaq. Sözlərin təsiri artacaq. Sevgi həyatında hərəkətlilik yaşanacaq. Qəfil başlayan münasibətlər mümkündür. Ciddi qərarlar üçün vaxt lazım olacaq. Münasibətlərdə açıq ünsiyyət vacibdir. Səthi davranış problemlər yarada bilər. Dost çevrən genişlənəcək. Yeni insanlar həyatına daxil olacaq. Bəzi köhnə dostluqlar bitə bilər. Sağlamlıqda sinir sistemi ön plana çıxacaq. Stress idarəsi vacib olacaq. Zehni istirahətə ehtiyac duyacaqsan. Kitab oxumaq faydalı olacaq. Səyahət istəyi artacaq. Qısa səfərlər mümkündür. Yeni biliklər öyrənəcəksən. Təhsil mövzuları ön plana çıxacaq. Özünü ifadə etmək asanlaşacaq. Ancaq dinləməyi də unutma. Daxili qarışıqlıq azalacaq. Qərarların daha aydın olacaq. İl ortasında dönüş nöqtəsi yaşanacaq. Prioritetlərin dəyişəcək. Həyatına düzən gətirəcəksən. İl sonuna doğru rahatlayacaqsan. Özünü daha tanıyacaqsan. Seçimlərdə dəqiqlik artacaq. 2026 aydınlanma ilidir.

Ulduzlar sistemində üçüncü yeri tutan Əkizlər bürcü təxminən mayın 22-dən iyunun 21-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ünsürü hava, planeti Merkuri, xoşbəxt rəqəmi 3, 5, 12, 18, düşərli günü çərşənbə, bazar, düşərsiz günü cümə axşamı, astroloji rəngi bənövşəyi, boz, açıq-sarı, narıncı, uğursuz rəngi yaşıl, qiymətli daşı əqiq, dağ kristalı, metalı qızıl, gümüş, enerji verən çiçəyi marqaritka, lalə, jasmin, nərgiz, müxalif bürcü isə Oxatandır.
Ünsiyyətcil insanlar olduğundan onlarla münasibət qurmaq bir o qədər çətin deyil. Diqqətlə sizə qulaq asacaqlar. Maraqlı qeybəti, dedi-qodunu çox sevirlər. Özləri də bununla məşğul olurlar.
Əkizlərin diqqətini çəkmək üçün yüksək fantaziyaya malik olmalısız. Onları ilk görüşdə teatra, rəsm sərgisinə, konsertə dəvət etsəniz, ürəklərincə olar.
Əkizlərin qohumlarına qarşı yüksək diqqət nümayiş etdirin. Göstərdiyi şəkillərə xüsusi maraq bildirin. Onlar haqqında olan məlumatlara diqqətlə qulaq asin. Əkizlər bunu qiymətləndirirlər.
Əkizlər yeməyə, təmizliyə, bahalı alış-verişə tələbkardırlar.
Onların ürəyinə yol mədədən yox, başdan, ağıldan keçir. Yaddan çıxarmayın ki, ömür boyu
əkizlərlə xoşbəxt yaşamaq üçün intellektual baxımdan maraqlı olmaq lazımdır. Əkizlərlə münasibət qurulmazdan əvvəl söhbət üçün təzə ən maraqlı xəbərləri, elmi və ya siyasi-sosial, məişət xarakterli məlumatları bilmək lazımdır.
Gün rejiminə riayət etməyən, bəzən söz verib unudan insanlardır. Onlar çətin ki, evin təmiri ilə məşğul olsunlar, amma təmirçi ustanı məzəmmət etməyi, göstəriş verməyi xoşlayırlar. Qadın
əkizlər isə hətta evinin pəncərəsini belə silməyi özünə rəva bilmir.
Onları əla aşpaz adlandırmaq olmaz. Yarımfabrikat almağı və ya restoranda yemək sifariş etməyi üstün tuturlar.
Pul qazana bilirlər. İşləri ilə məşğul olduqları zaman çalışın onlara mane olmayasız. Yeniliyi, təzə əşyaları sevdiklərindən,
əkizlər mağazalara getməyi, alış-veriş etməyi xoşlayırlar.
Qonaqpərvərdirlər. Əkizlər yaşayan evə qonaq gələn şəxslər heç vaxt narazı getmirlər. Özləri də qonaq getməyi sevirlər.

 

ƏKİZLƏR BÜRCÜ KİŞİ

Əkizlər bürcü kişisi asan bağlanan bir tip deyil. Ani bir qərarla evlənsə belə, sonradan peşman olub boşana bilər. Əkizlər bürcü kişisi şən, danışanda, nəzakətli cana yaxın bir insan olduğu üçün çox bəyənilir. O tam mənası ilə axtarılan bir tipdir. Bu bürc altında dünyaya gələn adamlar ən müxtəlif peşə qabiliyyətlərinə malik olurlar. Müasir dünya astrologiyası „Əkizlər“dən bacarıqlı vəkil, ticarətçi, katib, hüquqşünas, müəllim, səyahətçi, natiq, filosof, siyasi vasitəçi, bəzənsə fırıldaqçı və oğrular yetişdiyini bildirir.

 

ƏKİZLƏR BÜRCÜ QADINI


Əkizlər bürcü qadını çox istiqamətli, son dərəcə diqqət çəkən cazibədar tiplərdir. Eynilə bu bürcün kişisi kimi onları da anlamaq asan deyil. Belə bir qadını sevirsinizsə mütləq əvvəl onu yaxşıca tanımalısınız. Zəka və hərəkət ulduzunun idarə etdiyi bu qadının başı heyrətamiz çalışır. Həm o bürcün kişisinə nisbətən daha müqavimətli, daha ehtiraslıdır. Müstəqilliyinə düşkün olduğu üçün də özünə bir iş və ya peşə seçir. Əkizlər bürcü qadını çox gənc yaşda aşiq olur. Daha doğrusu olduğuna inanır. Əgər gənc yaşda evlilik etsə bu evlilik qısa bir müddət sonra onun xəyal qırıqlığına uğramasına səbəb olur.

Əkizlər və Oğlaq bürcünün qadınları evlilik həyatında ailə başçısı missiyasını öz üzərlərinə götürürlər. Bəzən də ailəsini təkbaşına dolandırırlar.
Ümumiyyətlə,
əkizlərin müəmmalı cizgiləri çoxdur. Bəzən onların halı xarab olanda ətrafdakıların ovqatını səbəbsiz yerə korlayır, müəyyən vaxtdan sonra buna görə təəssüflənib üzr istəyirlər. Onlar evlilik həyatında, ailədə uşaqları çox sevir, amma onlara qarşı o qədər də diqqətli olmurlar.