ƏQRƏB BÜRCÜ 23 Oktyabr - 21 Noyabr

Doğum cədvəlinin hesablanması

Astroloji cədvəliniz sizə nə deyə bilər?

Bu gün bir məsələ haqqında içərinizdə formalaşan fikri artıq gizlətmək istəməyə bilərsiniz. İşdə müəyyən insanın davranışı sizdə sual yaratsa da, tələsik nəticə çıxarmaq doğru olmaz. Maddi məsələdə riskdən çox təhlükəsiz seçimlərə üstünlük verəcəksiniz. Sevgi həyatında münasibəti olan Əqrəblər qarşı tərəflə səmimi, amma emosional söhbət edə bilərlər. Subay Əqrəblər üçün güclü maraq yaradan biri ortaya çıxa bilər, lakin qarşı tərəfi tanımadan çox böyük gözlənti qurmaq lazım deyil. Bu gün intuisiya güclü işləsə də, faktları da nəzərə almaq vacib olacaq.

Əqrəb: Bu həftə müəyyən insan haqqında həqiqəti onun söylədiklərindən deyil, etdiyi seçimdən anlaya bilərsiniz. Uzun müddətdir cavab gözlədiyiniz məsələ ilə bağlı vəziyyət aydınlaşacaq və bundan sonra necə davranmalı olduğunuzu biləcəksiniz. İş həyatında mühüm qərar verməzdən əvvəl bütün məlumatları toplamaq vacib olacaq. İlk baxışdan sizin əleyhinizə görünən dəyişiklik sonradan üstünlüyə çevrilə bilər. Kimsə sizi rəqabətə çəkməyə çalışsa, emosional reaksiya verməyin. Maliyyədə əvvəllər bağlandığını düşündüyünüz ödəniş yenidən gündəmə gələ bilər. Digər tərəfdən, gecikmiş pulun gəlməsi və ya borcun qaytarılması da mümkündür. Ailə daxilində köhnə inciklik haqqında danışmaq üçün şərait yaranacaq. Sevgi həyatında münasibəti olan Əqrəblər susaraq qarşı tərəfin nə düşündüyünü anlamağa çalışmaqdansa, birbaşa söhbət etməlidirlər. Subay Əqrəblər üçün isə fiziki cazibənin güclü olduğu tanışlıq mümkündür. Lakin bu insanın sizinlə eyni məqsədləri bölüşüb-bölüşmədiyini anlamağa vaxt verin. Həftənin sonlarında uzun müddətdir gözləmədiyiniz birindən xəbər ala bilərsiniz.

Əqrəblər üçün sentyabr sosial əlaqələrin və gələcək planların ön plana çıxdığı ay olacaq. Yeni insanlarla tanışlıq, dost çevrəsinin genişlənməsi və maraqlı əməkdaşlıqlar mümkündür. İş həyatında komanda şəklində görülən işlər sizə uğur gətirə bilər. Bir dostunuz və ya tanışınız vasitəsilə yeni iş fürsəti ilə qarşılaşa bilərsiniz. Maddi məsələlərdə isə riskli qərarlardan uzaq durmaq yaxşı olar. Xüsusilə kiməsə böyük məbləğdə borc verməzdən əvvəl düşünün. Sevgi həyatında emosiyalar dərinləşəcək. Münasibəti olan Əqrəblər qarşı tərəflə daha səmimi söhbətlər edə bilər. Subayların dostluq kimi başlayan münasibəti zamanla sevgiyə çevrilə bilər. Ayın sonuna doğru daha çox özünüzlə qalmaq və gələcək planlarınızı gözdən keçirmək istəyəcəksiniz. Sentyabr bəzi insanları həyatınızdan çıxarıb, əvəzində daha etibarlı insanları yaxınlaşdıracaq.

2026-cı il Əqrəb üçün dönüşüm ilidir. Daxili dəyişikliklər güclü olacaq. Köhnə vərdişlər bitəcək. Yeni başlanğıclar mümkündür. İş həyatında gizli fürsətlər çıxacaq. Strategiya qurmaq vacib olacaq. Maddi məsələlərdə risklər ola bilər. Ancaq doğru addımlar qazanc gətirəcək. Ailə münasibətlərində dərin söhbətlər olacaq. Gizli mövzular açılacaq. Sevgi həyatında ehtiras artacaq. Qısqanclıq problemlər yarada bilər. Münasibətlərdə güvən əsasdır. Tək Əqrəblər üçün güclü tanışlıqlar mümkündür. Emosiyalar dərin olacaq. Dostluqlarda sədaqət önəm qazanacaq. Səthi münasibətlər bitəcək. Sağlamlıqda hormonal balans vacibdir. Psixoloji vəziyyətə diqqət lazımdır. Daxili gərginlik ola bilər. Özünlə tək qalmaq faydalı olacaq. Meditasiya kömək edəcək. Araşdırma və analiz bacarığın artacaq. Gizli biliklər maraq doğuracaq. İl ortasında böyük qərar verilə bilər. Bu qərar həyatını dəyişəcək. Keçmişlə vidalaşacaqsan. Qorxular azalacaq. Güclü hiss edəcəksən. Emosional nəzarət artacaq. Ailə bağları möhkəmlənəcək. Maddi təhlükəsizlik önəm qazanacaq. İl sonuna doğru rahatlıq gələcək. Özünü yenilənmiş hiss edəcəksən. Gücünü düzgün istifadə edəcəksən. Münasibətlərdə sabitlik yaranacaq. 2026 transformasiya ilidir.

Əqrəb bürcünün ünsürü su, planeti Mars və Pluton, düşərli günü çərşənbə axşamı, düşərsiz günü bazar ertəsi, cümə, uğurlu rəngi sarı, tünd-qırmızı, al və moruğu, uğursuz rəngi boz, metalı dəmir və polad, uğurlu daşı akvamarin, rubin, Ay bülluru, topaz, enerji verən çiçəyi qərənfil, pion və xirozentema, uğurlu rəqəmi 4, 5, 8, 9, 10, 66, müxalif bürcü Buğa, talismanı əqrəb, ölüm işarəsi, şanslı ölkələri isə Almaniyanın Bavariya və Saksoniya hissəsi, Norveç, Əlcəzair, İsveç, Mərakeş və Seylondur.
Əqrəb işarəsi altında dünyaya gələn adamlar öz xüsusiyyətlərinə görə, iki sinfə bölünürlər: mistiklər və materialistlər. Birincilər hər şeyi ilahiyyatla bağlayır, ikincilər isə əsasən, fağır və sakit görünsələr də, öz məqsədləri uğrunda hər şeyə gedirlər. Hətta onlar süst və sıxıntı içində yaşasalar da, özlərinin şəxsi maraqları xatirinə buna dözürlər. "Əqrəb«lər daim narahatlıq hissi keçirən adamlardır. Bu işarə altında dünyaya gələnlər çatışmaz hərəkətlərini, o cümlədən hiyləgərliklərini çox ustalıqla gizlədə bilirlər. Onların nə istədiyini, hansı addımı atacaqlarını özləri deməsə, təyin etmək çətin olur. Yəqin elə bu səbəbdən də orta əsrlərdə „Əqrəb“ləri „əsl sifətini maska altında gizlədən adam“ adlandırırdılar.

Əqrəb bürcündə doğulan şəxslərlə ünsiyyət yaratmaq, dil tapmaq üçün müəyyən bacarığa malik olmaq lazımdır. Əqrəblərin xarakterində bir neçə xüsusiyyət var. Onlar vəziyyətin ağası olmaqla yanaşı, həm də başqalarında qətiyyəti qiymətləndirirlər.
Əqrəb bütün münasibətlərdə dominant olmağı sevir. Bəyənmədiyi, onun fikriycə layiq olmayan, diqqətini çəkməyən insanla ünsiyyətə girmirlər. Əqrəbin diqqətini çəkmək üçün mütləq ona kompliment söyləyin. Bu onun xarici görünüşü, geyimi, özünü aparmaq qabiliyyəti ilə bağlı ola bilər.
Əqrəblər çox vaxt sakit oturmağı sevirlər. Onlar sizə diqqətlə qulaq asıb, yeni informasiya almaq istəyirlər.
Onunla söhbət zamanı siyasət, hava haqqında danışmayın. O, sizinlə söhbət xatirinə söhbət etməyəcək. Onları maraqlandıran mövzu haqqında ixtilat etməyə çalışın.

 

ƏQRƏB BÜRCÜ KİŞİLƏRİ

Əqrəb bürcü altında doğulmuş kişi öz seksual meyfinə çox bağlıdır. O, ehtiraslı, emosional və gözlənilməzdir. Xarakteri — öz arzu və istəklərinin dalmca gedərək heç bir maneəyə baxmadan onları ödəmək; nəticəsi barədə düşünməz. Qoy başqaları onu ürəksiz donjuan — arvad düşkünü hesab etsin — fərqinə varmir.
İnsanlar onun hipnotik seksuallığına — dəmir maqnitə cəzb olunduğu kimi cəlb oiunurlar. Güclü energetik sahəyə malikdir. Lakin qadının ona çox yaxınlaşmasında bir qorxulu cəhət var; seksuallığı xəbərdarlıqsız şəkildə partlaya bilər. Özünə nəzarət etmir. Artıq xoşagəlməz hadisələrlə üzləşmək istəmirsinizsə, ondan uzaq olun. Sevgi oyununda onunla lap yüksəklərə də qalxmaq olar, ən aşağı səviyyəli hərəkətlərə də enmək mümkündür. Çox ehtiraslı olub, məqsədinə çatmaq üçün hər hansı bir riskə gedə bilər; hətta qadını zorlamaqdan da çəkinməz. Kişi ə
qrəb xeyirxahhğı heç vaxt unutmadığı kimi, təhqir və incikliyi də həmişə yadda saxlayır. Yaralansa -yeganə məqsədi qisasçılıq olacaq. Münasibətlərində çox vaxt mübarizə və yarış elementləri olur. Asanlıqla özünə düşmən qazanır; onlar ehtiyatlı olmalıdırlar. Onun üçün iş çox vacibdir. Fiziki əməyi sevmir. Canlı təxəyyülü, cəsarəti və təşəbbüskarlığı onu uğura doğru aparır. Maliyyə işlərində praktikdir; pul məsələsində onu aldatmaq çətindir. Ürək məsələlərində «yox» sözünü başa düşmür. Onun fikrincə, ehtirasın özü bir qanundur. Hiyləgərlik, eqoizm, prinsipsizlik kimi xarakter əlamətləri ola bilər və bütün bunlar onun seksual macəralarında təzahür edir.

 

 

ƏQRƏB BÜRCÜ QADINLARI

Qadın əqrəb kişini heyran etmək üçün necə gəzmək, danışmaq və görünmək barədə bütöv bir kitab yaza bilər.O, çox seksualdır. Gözlərində və səsində ehtiras aşıb-daşır.
Cəlbedici kişi görəndə onu kütlədən ayırıb fəth etməyi bacarır. Xaricdən bir o qədər qəşəng olmasa da, hipnotik gözlərilə kişinin müqavimətini qırır; sanki kobra bədbəxt dovşanı ağuşuna alır.
Darıxdırıcı tərəfdaşları sevmir. Yüksək dərəcəli, rahat miniklərdə səyahəti xoşlayır və pula qızırqanmır. Enerjisi bir neçə qadına kifayət edər. Yaxşı işləməyi və əylənməyi sevir. Hər şeydə ifratçılığı var. Sevgiyə ciddi yanaşır. Bu bürcün kişisi kimi, o da öz ehtiraslarının quludur.
Yataqda tələbkardır və çox az kişi olar ki, onun ehtiyacını tam ödəsin. Özünə münasib olmayanları sevmir. Digər tərəfdən, utancaq, psixoloji mövhumatlı impotentlərlə möcüzə yarada bilər; öz tərəfdaşının potensialını seks enerjisinə çevirər. Məqsədinə çatmaqda güclü iradəsi və böyük dözümü ona köməkdir. Seçdiyi yolda qətiyyətlidir; ətraf şəraitə uyğunlaşmağa cəhd etmir. Lakin xəyanəti heç bağışlaya bilmir. Qəzəbli qadın-Əqrəb iblisdən də dəhşətlidir. Onun qisasçılıq və dağıdıcılığı etibar və etimadını doğrultmayan şəxsi məhv etməyə qədər şiddətlənə bilər. Qısqanclıq — onun əsas nöqsanıdır. Zəifliyə nifrət edir. Ancaq bir şeydə əmin olun ki, o, emosional, ehtiraslı olduğu qədər də sevgisinə sədaqətlidir; özünü fəda etməyə, qurban verməyə də hazırdır. Nikah?
Gördüyünüz kimi o, cənnət də, cəhənnəm də ola bilər; orta variant yoxdur. Yadda saxlayın: Zodiak bürcləri arasında Əqrəb hamıdan çox ifratçılığa meyl edir. Bu — təhlükəli qadındır. Əsəbləri zəif olanlar belə qadınların yanından ötüb keçməlidir.