QOÇ BÜRCÜ 21 Mart - 19 Aprel

Doğum cədvəlinin hesablanması

Astroloji cədvəliniz sizə nə deyə bilər?

Bu gün özünüzü sübut etməkdən çox, nəticə göstərməyə fokuslana bilərsiniz. İşdə uzun müddətdir gözləyən bir məsələ nəhayət hərəkətə keçə bilər və burada ilk addımı siz atmalı ola bilərsiniz. Gün ərzində kiminləsə fikir ayrılığı yaransa da, bu dəfə daha soyuqqanlı davranmağınız xeyrinizə işləyəcək. Maddi baxımdan bir alış-verişi təxirə salmaq sonradan doğru qərar kimi görünə bilər. Sevgi həyatında isə münasibəti olan Qoçlar qarşı tərəfin onlara qarşı hansısa narazılığını eşidə bilərlər. Subay Qoçlar üçün gözlənilməz ünsiyyət maraqlı başlanğıca çevrilə bilər. Axşam saatlarında özünüzü əvvəlkindən daha rahat hiss edəcəksiniz.

Qoç: Bu həftə sizi çoxdan düşündürən bir məsələ gözlənilmədən həll yoluna düşə bilər. İlk günlərdə hadisələri sürətləndirmək istəsəniz də, bəzi cavabların öz vaxtında gəlməsi daha sərfəli olacaq. İş həyatında sizə güvənildiyini göstərən yeni tapşırıq və ya məsuliyyət ala bilərsiniz. Burada əsas üstünlüyünüz cəsarətdən çox düzgün zamanda hərəkət etmək olacaq. Həmkarlar arasında yaranan fikir ayrılığında tərəf tutmaq əvəzinə öz işinizə fokuslanmaq sizi lazımsız gərginlikdən qoruyacaq. Peşəkar həyatında dəyişiklik düşünən Qoçlar maraqlı söhbət və ya yeni əlaqə qura bilərlər. Pul məsələsində həftənin əvvəlində özünüzü rahat hiss etsəniz də, sonradan planlaşdırılmamış ödəniş ortaya çıxa bilər. Buna görə bütün sərbəst vəsaiti xərcləməyin. Ailədə sizdən qərar gözlənilən məsələ gündəmə gələcək və bu dəfə son sözü demək sizə qala bilər. Sevgi həyatında münasibəti olan Qoçlar qarşı tərəfin son zamanlar niyə fərqli davrandığını öyrənə bilərlər. Səmimi söhbət yanlış anlaşılmanı aradan qaldıracaq. Subay Qoçların isə adi bir tanışlıq zamanı enerjisi ilə seçilən insana marağı yarana bilər. Həftənin sonlarında istirahət planınız son anda dəyişsə də, nəticədən məmnun qala bilərsiniz.

 

Sentyabr Qoçlar üçün hərəkətli və yeniliklərlə zəngin keçə bilər. Uzun müddətdir təxirə saldığınız bir işi nəhayət həyata keçirmək üçün özünüzdə güc tapacaqsınız. İş həyatında məsuliyyətiniz arta, qarşınıza yeni layihə və ya əməkdaşlıq təklifi çıxa bilər. İlk baxışda çətin görünən bir məsələ sonradan sizin xeyrinizə nəticələnə bilər. Maddi məsələlərdə ayın ilk yarısında ehtiyatlı davranmaq məsləhətdir. Plansız alış-veriş sonradan büdcənizə təsir edə bilər. Sevgi həyatında isə açıq danışmaq bir çox anlaşılmazlığı aradan qaldıracaq. Subay Qoçların diqqətini çəkəcək yeni biri ortaya çıxa bilər. Keçmiş münasibətdən xəbər almaq ehtimalı da var. Ayın ikinci yarısında enerjiniz yüksələcək və şəxsi planlarınızı həyata keçirmək üçün daha qətiyyətli olacaqsınız. Sentyabr sizə bir şeyi xatırladacaq: bəzən irəli getmək üçün əvvəlcə geridə qalanlarla vidalaşmaq lazımdır.

2026-cı il Qoç üçün hərəkət və qərar ilidir. İl boyu daxili gücünü daha aydın hiss edəcəksən. Risk almaq istəyi artacaq. Ancaq düşünülməmiş addımlar problem yarada bilər. İş həyatında yeni məsuliyyətlər ortaya çıxacaq. Liderlik qabiliyyətin ön plana çıxacaq. Maddi gəlirlər yavaş-yavaş artacaq. Qəfil xərclərə diqqət etməlisən. Ailə münasibətlərində açıqlıq vacib olacaq. Köhnə mövzular yenidən gündəmə gələ bilər. Sevgi həyatında dürüstlük əsas rol oynayacaq. Tək Qoçlar üçün sürpriz tanışlıqlar mümkündür. Münasibəti olanlar üçün sınaqlar yaşana bilər. Səbr göstərmək münasibətləri qoruyacaq. Dost çevrən dəyişə bilər. Bəzi insanlarla yollar ayrılacaq. Bu ayrılıqlar sənə yüngüllük verəcək. Sağlamlıq baxımından enerji yüksək olacaq. Ancaq yuxusuzluq problem yarada bilər.

Ulduzlar sistemində ilk yeri tutan qoç bürcü martın 21-dən aprelin 20-nə qədər olan müddəti (31 gün) əhatə edir. Ünsürü od, planeti Mars və Günəş, xoşbəxt rəqəmi 9 (9 işlənən bütün rəqəmlər), astroloji rəngi moruğu, qırmızı, sarı-qızılı və bütün parlaq rənglər, qiymətli daşları almaz, akvamarin və ametistdir.
Son dərəcə hərəkətli və dinamikdir. İstəkləri də son dərəcə güclüdür. Hətta həyatını istəkləri istiqamətləndirir. Hərəkətləri ani, reaksiyaları isə sərtdir. O həmçinin müstəqilliyinə çox düşkündür. Hər şeyin açıq olmasından xoşu gəlir. Əgər bir məsələdə fərqli düşünürsə, bunu gizlətməyin saxtakarlıq olduğuna inanır. Qoç dünyaya cəngavərlik, canlılıq və həyatda qalma dəlili ilə silahlanmış olaraq gəlir. Hər cür əngəllərə və şübhəyə baxmayaraq, arzu və iradənin üstün gələ bilməsi qabiliyyətini təmsil edər. Dürüstlük, həvəs, müstəqillik və cəsarət qoçun mənbələridir. Boş nəzəriyyələrə baş yormayan, lazımsız duyğusal incəliklərinə vaxt xərcləməyən, xaricə yönəlmiş bir idealistdir.

Bu işarə altında dünyaya gələnlər adətən ortaboylu, orta çəkili, ala və ya qəhvəyi gözlü olurlar. Nisbətən sarı bəniz, yuxarı dartılmış çatma qaşlar, qabarıq burun, şabalıdı saçlar, qabağa çıxmış iri dişlər və al-macıq sümüklər, dəyirmi al yanaq, quru, pıtraq, bəzən də qıvrım saçlar, enli sümük, dəqiq, ifadəli baxışlar qoçlar üçün xarakterikdir.

Qoçlara tez-tez kompliment söyləməyi, onları tərifləməyi yaddan çıxarmayın. Tərifləmə əsasən xarici görünüşünə, ağlına, istedadına görə olmalıdır. Əgər siz qoçlarla görüş təyin etmisizsə, məbadə bu görüşə gecikəsiz. Bu hər şeyi korlaya bilər. Qoçlar çox vaxt özləri məsuliyyətli olmasalar da, insanlarda bunu qiymətləndirə bilirlər. Özü gecikən zaman gecikmənin səbəbini böyük bir hadisə kimi danışacaq. Bu söhbət əsnasında igidliyindən, ağlından necə məharətlə istifadə edib bu görüşə gəldiyini söyləməkdən çəkinməyəcək. Qoçlarla münasibətdə lider olmaqdan çəkinin. Sadəcə olaraq, hər şeydə onunla razılaşın.
Qoç bürcündə doğulan qadınlar da, kişilər də çox aqressivdirlər. Bunu nəzərə alın. Onları hirsləndirməkdən çəkinin. Ailədə
qoçlar başçı olmağı və hər şeyə özləri nəzarət edib qərar verməyi xoşlayırlar.

Qoça enerji verən iş və ya yeni ideya olmadıqda, az qala bütün dünya onun gözündən düşür. Lakin adətən bu hal tez keçib gedir və Qoç yenə də həmişəki nikbin vəziyyətinə qayıdır. Düşüncə və ideya baxımından ona da-ha çox yabanı, cilanlanmamış, lakin çox böyük enerjiyə malik olan ideyalar xarakterikdir. O, bir qədər dar düşünür və etiraza qulaq asmır.

Acıdil, çoxdanışan, «Həmişə öz fikrim həqiqətdir» düşüncəsində olan qoçlar başqaları tərəfindən qəbul edilməyəndə məyus olur, bəzən sakit bir guşəyə çəkilib insanlardan təcrid də olunurlar. Amma heç vaxt ruh düşkünlüyünə mübtəla olmur, əksinə, daha əzmkarlıqla mənəvi boşluqlarını qısa bir zamanda doldurmağa çalışırlar.
 

QOÇ BÜRCÜ KİŞİLƏRİ

Qoç bürcündə doğulan kişilərlə qadınların müştərək tərəfləri olmaqla birlikdə heç bənzəməyən cəhətləri də çoxdur. Ulduzu Mars, Qoç bürcündə olan kişiyə cəsarət, qoçaqlıq, qanışirinlik, təsir gücü, hiddət, şiddət, enerji verir. Bu tip kişi ilə yaşamaq o qədər də asan deyil. Çünki Qoç bürcünün kişisi hər şeydən əvvəl öz fikirlərinin, fikir və xüsusiyyətlərinin düzgün olduğuna inanır.

 

QOÇ BÜRCÜ QADINI

Qoç bürcündə doğan qadınlarda eynilə kişilər kimi özlərini üstün görən, mətanətli, cəsur, qısqanc, cana yaxın, cazibəli tiplərdir. Qoç bürcü qadını ehtiraslıdır və yüksəlməyə iddialıdır. Qoç bürcü qadınları üçün iş həyatı, bir az pul gətirəcək və onları əyləndirəcək bir vasitə sayılmaz. Çalışma onların həyatda yüksəlmələrini, bol pula sahib olmalarını və adlarını çatdırmalarını təmin etməlidir. Həm bu tiplər, cazibədən də yararlanaraq tez-gec istədikləri mövqeyə nail olurlar.