Doğum cədvəlinin hesablanması
Astroloji cədvəliniz sizə nə deyə bilər?
Bu gün qərar verməkdə tərəddüd edə bilərsiniz. Qarşınızda iki fərqli seçim olsa, hər ikisinin üstün və zəif tərəflərini düşünmək sizi yoracaq. İşdə isə danışıq və razılaşma tələb edən mövzuda uğurlu ola bilərsiniz. Pul məsələsində başqasının təsiri ilə alış-veriş etməkdən çəkinin. Sevgi həyatında münasibəti olan Tərəzilər qarşı tərəflə daha açıq danışmaq istəyəcəklər. Subaylar isə ilk baxışdan çox fərqli görünən biri ilə ortaq mövzu tapa bilərlər. Günün sonunda hansı seçimdə özünüzü daha rahat hiss etdiyiniz sizə doğru cavabı göstərəcək.
Tərəzi: Bu həftə hər kəsi razı salmağın mümkün olmadığını daha aydın anlayacaqsınız və bu fikir sizə qəribə şəkildə rahatlıq verəcək. Bir məsələdə öz istəyinizi başqalarının gözləntilərindən üstün tutmaq lazım gələcək. İş həyatında iki fərqli tərəfin arasında qalmaq ehtimalınız var. Tərəf seçmək əvəzinə konkret faktlara əsaslanmaq nüfuzunuzu qoruyacaq. Yeni iş əlaqəsi və ya əvvəllər tanıdığınız insanla əməkdaşlıq imkanı da yarana bilər. Maliyyədə dostlar və sosial həyat üçün nəzərdə tutduğunuzdan artıq pul xərcləyə bilərsiniz. Bahalı alış etmək istəyirsinizsə, həmin həvəsin bir neçə gün sonra da davam edib-etmədiyini yoxlamaq yaxşı olar. Ailə daxilində sizdən məsləhət istəyən biri olacaq. Sevgi həyatında münasibəti olan Tərəzilər qarşı tərəflə daha çox vaxt keçirməyə ehtiyac duya bilərlər. Münasibətdə son zamanlar məsafə yaranıbsa, sadə bir görüş belə atmosferi dəyişəcək. Subay Tərəzilərin isə dost çevrəsində tanış olduqları bir insanla aralarında qarşılıqlı maraq yarana bilər. Həftəsonu romantik sürpriz və ya gözlənilməyən mesaj mümkündür.
Tərəzilər üçün sentyabr iki fərqli mərhələdən ibarət ola bilər. Ayın əvvəlində daha sakit olmaq, özünüzlə qalmaq və bəzi məsələləri düşünmək istəyəcəksiniz. Keçmişdə yaşanan hadisələri yenidən qiymətləndirərək bəzi insanlarla aranıza məsafə qoya bilərsiniz. İş həyatında gizli gedən danışıqlar və ya hazırlıqlar sonradan sizin xeyrinizə nəticələnə bilər. Ayın ikinci yarısından etibarən isə enerjiniz dəyişəcək. Özünüzü daha güclü, sosial və qərarlı hiss edəcəksiniz. Maddi məsələlərdə gözlənilməz gəlir və ya yeni qazanc imkanı yarana bilər. Sevgi həyatında diqqət sizin üzərinizdə olacaq. Subay Tərəzilərin yeni tanışlıqları çoxala bilər. Münasibəti olanlar isə gələcəklə bağlı mühüm qərar verə bilər. Ayın son günləri həyatınızda yeni səhifənin başlanğıcını xatırlada bilər.
2026-cı il Tərəzi üçün tarazlıq axtarışı ilidir. Münasibətlər əsas mövzu olacaq. İl boyu qərar vermək çətinləşə bilər. Ancaq intuisiya kömək edəcək. İş həyatında əməkdaşlıqlar artacaq. Tək işləmək çətin olacaq. Maddi məsələlərdə orta yol tapılacaq. Gəlir və xərclər balanslanacaq. Ailə münasibətləri daha harmonik olacaq. Anlaşma artacaq. Sevgi həyatında romantika ön planda olacaq. Münasibətlər dərinləşəcək. Tək Tərəzilər üçün ciddi tanışlıqlar mümkündür. Keçmiş əlaqələr təsir göstərə bilər. Seçim etmək lazım olacaq. Dostluqlarda ədalət önəmli olacaq. Haqsızlıqlara dözməyəcəksən. Sağlamlıqda bel və böyrəklərə diqqət lazımdır. Stress fiziki təsir göstərə bilər. Estetik mövzular maraq doğuracaq. Öz görünüşünə diqqət artacaq. Yaradıcılıq qabiliyyəti yüksələcək. Sənət mövzuları uğurlu olacaq. İl ortasında daxili konflikt yaşana bilər. Bu, dəyişiklik gətirəcək. Prioritetlər aydınlaşacaq. Öz istəklərini daha yaxşı anlayacaqsan. Başqalarını razı salmaq azalacaq. Öz ehtiyacların ön plana çıxacaq. Ailə və iş balansı qurulacaq. İl sonuna doğru rahatlama gələcək. Qərarlarında daha qəti olacaqsan. Münasibətlərdə sabitlik yaranacaq. Daxili harmoniya artacaq. Özünü daha güvənli hiss edəcəksən. 2026 tarazlıq ilidir.
Tərəzilər yüksək intellektə malikdirlər. Onların diqqətini çəkmək üçün öz müsbət xüsusiyyətlərinizi göstərin. İncəsənətlə bağlı bütün söhbətlərdə aktiv iştirak edirlər. İstər mövzu rəsm sərgisindən, ya da filmdən düşsün, öz fikrinizi mütləq söyləyin. Görəcəksiniz ki, sizin fikriniz onların fikirləri ilə üst-üstə düşür.
Tərəzi ilə yaxından tanış olmaq üçün ilk görüşünüzdə onu konsertə və ya teatr tamaşasına dəvət etsəniz yaxşı olar. Seçimdə diqqətli olun, Tərəzi klassikanı çox sevir. Ona görə də, seçdiyiniz sənət əsəri mütləq bu stildə olmalıdır.
Oxuduğunuz kitablar haqqında danışın. Poeziyanı çox sevdiyindən öz aktyorluq sənətinizə, şeir demək qabiliyyətinizə inamınız varsa, əzbər bildiyiniz şeri söyləyə bilərsiz. Bu onların ürəyincə olacaq.
Şeir yazıb-yazmadığını soruşun. Əgər yazıbsa, onda söyləməsini xahiş edin. Şeir ürəyinizcə olmasa da yenə tərifləyin.
Kompliment söyləməyi unutmayın, amma eyniliyə yol verməyin. Əgər dünən gözəlliyini tərifləmisinizsə, bu gün onun ağlına və istedadına heyran olduğunuzu söyləyin.
Tərəzi zövqlə seçilən bahalı hədiyyələri sevir. Ailə münasibətlərində Tərəzilər dava-dalaşdan, söz-söhbətdən qaçırlar. Siz də buna cəhd etməyin.
Onlar başqalarından fərqli olaraq, çox vaxt güzəştə gedirlər və ailə problemlərini özləri düzüb-qoşurlar. Bunu nəzərə alın ki, Tərəzi evdə təmizliyi, sakitliyi, rahatlığı sevir. Evdə canlı gülləri saxlamağı unutmayın. Kişi Tərəzi və qadın Tərəzi uşaqlarını çox sevir. Ailəsinə, uşaqlarına görə hər şeydən keçirlər. İşdə, kollektivdə həmişə hamı ilə mehriban dolanırlar.
TƏRƏZİ BÜRCÜ KİŞİLƏRİ
O, Tərəzi bürcü altında doğulduğuna görə harmoniya və tarazlığa can atır. Onun həssas xarakteri ətrafdakı qayda-qanun və sakitlikdən xoşbəxt olur. Adətən idmanla məşğul olmağı çox da sevmir; atletik qədd-qamətl yoxdur, daha çox stolüstü oyunlarla rnaraqlanır.
Yaxşı həmsöhbətdir- Xeyirxahdır, ədalət hissilə hər şeyə bərabər yanaşır. Nəzakətlidir, diplomatikdir, yumoru əla başa düşür. Xaraktercə sülhsevər olsa da ədalət uğrunda vuruşa qadirdir.Bizneslə əla məşğul olur. İnstinktiv şəkildə kompromislərə meyl edir, konfliktli tərəfləri barışdırmağa can atır Onun gözəl intuisiyası var; onu aldatmağa çahşmayın, hər şeyi görə bilir. Bununla belə, insanı başa düşməyə çalışır; öz şəxsi sevgi və meyllərini göstərmədən tutduğu mövqedə dayanır. Həddən artıq emosionallıq göstərmir; dava-dalaşı və oyunbazlıqları xoşlamır. Kişi tərəzi memarlığı, rəssamlığı, musiqini və qadınları sevir- Gözəllik vurğunudur. Qadınlarla rəftarı bacarsa da, son məqamda, axırıncı addımda çətinlik çəkir, çünki ifrat dərəcədə hər şeyi götür-qoy edir, ölçüb-biçir. Hər sev ideal olmmalıdır. Kişi tərəzi yataqda öztərəfdaşını tam təmin etməyə can atır. Onun fikrincə, seksual akt hər ikisinə məmnunluq gətirməlidir. Tərəzi kişilər tərif və yaltaqlığı xoşlayırlar, belə hallara yaxşı reaksiya verirlər. Lakin emosionallıqdan zəhlələri gedir. Qadının çığır-bağırına, oyunbazlığına dözmür, öz istədiklərinə nail olurlar. Tərəzi erkən yaşından qızlarla maraqlanır. Yaxşı geyimli, uzun saçlı, qalın dodaqlı qadınlara qarşı zəifliyi var.
TƏRƏZİ BÜRCÜ QADINLARI
Bu bürc altında doğulan qadınlar öz gözəllikləri və üzlərinin zərif dəriləri ilə məşhurdurlar. Onlar instinktiv şəkildə incə şeyləri hiss edirlər. Gözəlliyin bütün təzahürlərindən zovq alırlar. Otaqları, yaşayış yerləri bər-bəzəkli və qəşəng olur.
Bu zəriflik kişilərə münasibətdə də özünü göstərir; onu müşayiət edən kişi gərək barmaqdakı brilyant kimi olsun. Elə görünür ki, tərəzi öz gözəlliyinə baxıb zövq alır; ancaq əslində özünütənqid onda çox güclüdür. O, yüksək standartlar üzrə özündə düzəliş və dəyişikliklər etməyə hazırdır; elə ona görə də bu qadın gözəl hesab olunur. Tərəzi qadınlar qeyri-sabitdirlər, hər hansı bir cəlbedici kişilə flirt yara bilərlər. Onların sevgisi dərin deyil. Tərəzi qadına əmr etməyə cəhd göstərməyin. Qulaq asmayacaq. Təkid etsəniz, daha böyük inadkarlıqla üzləşəcəksiniz. Nəvazişkar sözlər və inandırma – onun neqativ münasibətini aradan qaldırmağın yeganə yoludur. Son dərəcə qadınlıq məlahətilə yanaşı, ağlı, bəlagəti, fəallığı var. Çətin vəziyyətə düşərkən tamamilə köməksiz ola bilər; passiv şəkildə oturub kor kimi kömək gözləyəcək. O, gözəldir, hərtərəflidir və qəsdən, şüurlu şəkildə şirnikləndiricidir.