
Informasiya
-
Ad
Hafiz
-
Soyad
Heydərov
-
E-poçt
Bioqrafiya
Hafiz Qurban oğlu Heydərov 11 iyun 1983-cü ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Hafiz Heydərov 2005-ci ilin yanvarından Azəri-Press İnformasiya Agentliyi (APA) ilə əməkdaşlığa başlayıb. 2005-ci ildən 2008-ci ilə qədər APA-nın Şəki-Zaqatala bürosunun rəhbəri vəzifəsində çalışan H.Heydərov həmin ildən agentliyin mərkəzi ofisində fəaliyyətini davam etdirib. O, 2018-ci ildən 2021-ci ilədək APA-nın redaktoru postunu tutub. Hafiz Heydərov 2021-ci ildən Lent.az-ın baş redaktorudur. Ötən dövr ərzində müxtəlif beynəlxalq təşkilatlar tərəfindən media sahəsi üzrə təşkil olunmuş seminar və təlimlərdə iştirak edən H.Heydərov müxtəlif sertifikatlar və diplomlara layiq görülüb.