Braziliya millisinin üzvü "Arsenal"da
14 avqust 2020 13:35 (UTC +04:00)

Braziliya millisinin üzvü "Arsenal"da

“Çelsi”nin yarımmüdafiəçisi Villanın yeni klubu müəyyənləşib.

Apasport.az xəbər verir ki, “Arsenal” Braziliya millisinin üzvünün keçidini rəsmi saytı vasitəsilə açıqlayıb.

“Zadəganlar”la müqavilə müddəti başa çatan 32 yaşlı hücumameyilli oyunçu Londonun digər təmsilçisinə havayı başa gəlib. Yeni komandası ilə 3 illik müqavilə imzalayan Villian “Arsenal”da 12 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Villian 2013-cü ildən bəri “Çelsi”nin formasını geyinib.

# 2206
avatar

Oxşar yazılar