Futbolçunun sevgilisi   “Formula-1”in sürücüsü ilə yaxalandı
26 may 2023 08:07 (UTC +04:00)

Futbolçunun sevgilisi “Formula-1”in sürücüsü ilə yaxalandı

"Çelsi"nin portuqaliyalı futbolçusu Joao Feliksin sevgilisi Marqarida Korseyranı “Formula-1” pilotu Lando Norrisin yanında görüblər.
 
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, Marqarida Korseyra “Formula -1” sürücüsü ilə söhbət edərkən şəklini çəkib və şəkli sosial şəbəkələrdən birində yayıb. Qız eyni zamanda Norrislə eyni maşında gedib.


 
Bu fotolar sosial şəbəkələrdə pərəstişkarları arasında qızğın müzakirə obyektinə çevrilib. Onlar Joao Feliksi sevgilisinə qarşı diqqətli olmağa çağırırlar. Çoxları qəzəblənir və futbolçunun sevgilisinin belə görüşə necə icazə verdiyini anlamır.
 
Bu yaxınlarda qız Feliksi başqa bir portuqaliyalı futbolçu Pedro Porro ilə aldatmaqda ittiham olunurdu. Media Porro və Korseyranın gecə klubunun VİP zonasında öpüşərkən göründüyünü yazıb. Lakin Korseyro bu iddiaları təkzib edib.


 
"Mən kimisə öpmək istəsəydim, bu, klubda olardı, hətta bütün müəssisənin tam mənzərəsi olan bu kiçik eyvanı olan VİP zonada deyil", - qız sosial şəbəkələrdən birində yazıb.
 

# 2964
avatar

Oxşar yazılar