Kişilərin DİQQƏTİNƏ!  - Qadınların xəyanət etdiyini göstərən 9 ƏLAMƏT
27 aprel 2024 10:46 (UTC +04:00)

Kişilərin DİQQƏTİNƏ! - Qadınların xəyanət etdiyini göstərən 9 ƏLAMƏT

Xəyanət uzun müddət davam edən münasibətləri bitirməyə səbəb olan əsas məsələlərdəndir. Elə diqqətsizlik, qarşılıqlı anlaşmazlıq, sevgi və hörmətin yoxa çıxması da cütlükləri xəyanətə aparır. Xəyanət deyərkən ən çox kişilər ağıla gəlsə də, bu yola baş vuran qadınlar da az deyil. Cinsindən asılı olmayaraq xəyanət edən insanlar gec-tez, istəməsələr belə bunu biruzə verirlər.

Lent.az xəyanət edən qadınların 6 əlamətini təqdim edir.

Münasibətlərdə sevgi, hörmət və yaxınlığın azalması 

Sizin barədə heç nə ilə maraqlanmırsa, ünsiyyət qurmur, dərdlərini bölüşmürsə, siz ünsiyyət qurmağa çalışdıqda hər vasitə ilə danışıqlardan yayınırsa, bu, onu göstərir ki, artıq siz ona maraqlı gəlmirsiniz. Sizə qarşı soyuq davranır, yaxınlıq etməkdən, toxunmaqdan qaçırsa, şübhələnməyə əsas vardır. Çünki o, həm əqli, həm də emosional olaraq sizdən uzaqlaşıb.

Şübhəli hərəkətlər

Həyatınızdakı qadın sizinlə danışarkən gözlərini qaçırır, üzünüzə baxmırsa, özünü günahkar hiss edir deməkdir. Gün ərzində rastlaşdığı, başına gələn hadisələri sizinlə bölüşmürsə, dərdini, onu narahat edən məsələləri sizə danışmırsa, bu, artıq həyəcan siqnalıdır. Lakin xəyanət ehtimalını ağıla gətirməzdən öncə problemi olub-olmadığını ciddi cəhdlə maraqlanmalısınız. Problemlərinin olması da bir ehtimaldır. Sonra bu cür sirli davranışlar üçün heç bir əsas olmadığı qənaətinə gəlmisinizsə, xəyanət artıq ehtimal yox, reallıqdır…

Görünüşün dəyişməsi

Birdən-birə xarici görünüşünə, geyiminə daha çox diqqət yetirməyə başlayır. Sizin sevmədiyiniz geyim tərzinə üstünlük verir, gözəllik salonlarına, fitnesə daha tez-tez gedir.

Müzakirə və davalardan yayınma

Etdiyiniz heç bir şey onu narahat etmir. Əvəlkindən fərqli olaraq sizin dostlarınızla tez-tez görüşməyinizə, içki məclislərinizə qarışmır. Evə gec gəlməyiniz onun maraqlandırmır. Deməli, bir müddətdir nələrsə ciddi olaraq dəyişib və siz bunun fərqinə varmamısınız.

Gizli telefon danışıqları, sosial şəbəkədən çox istifadə

Həyatınızdakı xanım işi, ailəsi və dostları ilə bağlı olmadığı halda internetdə çox vaxt keçirir, telefonla gizli, pıçıltı ilə danışırsa, sizi görən kimi telefonu bağlayırsa, şübhələnə bilərsiniz.

Bu zaman onu izləyin. Sizdən gizli aldığı ikinci telefonu və ya nömrəsi ola bilər. Şübhələrinizin əsaslı olduğuna inanırsınızsa, onu sorğu-suala tutun, haqsız olduğu halda təkidlə sizi günahkar çıxarırsa, artıq ciddi qərar verməyinizin vaxtı çatıb.

Duyğu xəyanəti

Həyatlarındakı kişidən diqqət, qayğı, sevgi, hörmət görməyən qadınlar, ətrafdakı və ya iş yerindəki biri ilə duyğu və mənəvi baxımdan yaxınlıq qurmuş ola bilər. Onlar həmin şəxsləri dost, sirdaş biri kimi görürlər, aralarında cinsi münasibət yoxdur. Kişilər bu məsələdə xüsusi diqqətli olmalıdır. Çünki həmin qadınlar həyatlarındakı əks cinsin diqqətini çəkməyi bacarmadıqda bir müddət sonra mübahisələr zamanı ətrafdan və ya iş yerindən birini misal gətirərək onun anlayışlı, yaxşı insan olduğunu söyləyirlər. Bu da onu göstərir ki, qadın artıq diqqət, anlayış ehtiyacını sizinlə deyil, başqa kişi ilə kompensasiya edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4533
avatar

Fidan İlqar

Oxşar yazılar