11 yaşlı oğlan atasının maşını ilə qəza törətdi
15 aprel 2011 14:04 (UTC +04:00)

11 yaşlı oğlan atasının maşını ilə qəza törətdi

0
Aprelin 14-ü axşam saatlarında Qusar rayonunun Zuxul kəndində bir nəfərin xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Kənd sakini, 2000-ci il təvəllüdlü Milhacov Sərxan Zöhrab oğlu atasına məxsus “Niva” markalı avtomaşını idarə etmək istəyib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 11 yaşlı Sərxan maşını işə salıb. Bundan sonra isə avtomaşını idarə etməyi bacarmayan 11 yaşlı “sürücü” onu ağaca çırpıb. Nəticədə Sərxan Milhacov müxtəlif bədən xəsarətləri alıb. O, dərhal Qusar Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.

Xəstəxanadan Lent.az-a verilən məlumata görə, xəsarət alanın vəziyyəti ağırdır. O, kəllə beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. S.Milhacovun yaxınları Lent.az-a bildirib ki, hadisə zamanı evdə heç kim olmayıb.


Qusar Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, faktla bağlı araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 574

Oxşar yazılar