Azərbaycanlı iş adamlarının 150 milyon dolları haqda şok xəbər - FOTO
15 aprel 2011 15:52 (UTC +04:00)

Azərbaycanlı iş adamlarının 150 milyon dolları haqda şok xəbər - FOTO

0
Türkiyədən Rusiya qanunsuz yolla 150 milyon dollar daşınması ilə bağlı tutulan 14 nəfər arasında azərbaycanlı iş adamı Rza Zərrabın sürücüsü olan Turqut Happani də var. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, tutulandan sonra yenidən azadlığa buraxılan Turqut Happanini pul kütlələri ilə çəkdirdiyi şəkillər ələ verib. Hündür pul kütlələri (tayaları) ilə çəkdirdiyi şəkilləri “facebook”a yerləşdirən Rza Zərrabın sürücüsü özünü açığa çıxardıb.

“Habertürk”ün əldə etdiyi fotolarda görünür ki, Happani Kapalıçarşı adlanan ərazidəki depoda dəstələnmiş dollarlarla poz verir. Digər foto da isə Zərrabın xalası oğlu Bəhruz Ağazadə və daha iki nəfər hündürlüyü 2 metr olan dollar bükümləri ilə aydın görünür.
Happaninin ələ keçən özəl fotoları arasında Rza Zərrab və onun həyat yoldaşı, müğənni Ebru Gündeşin də görüntüləri var. Cütlüyün gəmidə, motosikletdə və at belində çəkdirdiyi şəkillər də artıq mediada nümayiş olunub.

Qeyd edək ki, qaçaqmal pul əməliyyatından sonra Kapalışarşıda Rza Zərraba məxsus depo bağlanıb. Əməliyyat isə keçən ilin dekabrında başlayıb. Moskva yaxınlığındakı “Vnukova” hava limanında 3-ü Azərbaycan, 4-ü isə İran vətəndaşı olan şəxslərin çantasında 14,5 milyon dollar və 4 milyon avro yaxalanıb. Rusiya Federal Təhlükəsizlik Xidməti dərhal məsələni araşdırmağa başlayıb və 14 daşıyıcı müəyyənləşdirib. Həmin şəxslərin 37 səfər edərək 40 milyon dollar və 10 milyon avro daşıması məlum olub. Bir il ərzində isə bu yolla 150 milyon dollar daşınıb. Pulların azərbaycanlı iş adamları Nizami.A, Surxay.H və V.Bədəlova məxsus olduğu iddia edilir.

Məlumata görə, onlar həm də pulu Dubay vasitəsilə Rusiyaya daşıyırlarmış. Sonrakı araşdırmalardan sonra 14 kuryer sərbəst buraxılıb. Adları hallanan və pulun onlara məxsus olduğu bildirilən 3 azərbaycanlı iş adamı barəsində isə axtarış elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 975

Oxşar yazılar