Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Rizvan Teymurov
0
0
Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs edib.
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.
Qəhrəmanlar unudulmur!
Rizvan Rəhman oğlu Teymurov 1967-ci il aprelin 16-da Şuşa rayonunun Quşçular kəndində anadan olub. O, 1991-ci ildən Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində fədakarlıqla vuruşub, Dağlıq Qarabağın Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində erməni quldurlarının zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərib. Xankəndi və Kərkicahan ətrafındakı döyüşlərdə rəşadətlə vuruşub. O, 1991-ci il dekabrın 9-da Kərkicahan yaxınlığındakı döyüşdə qəhrəmanlıqla həlak olub. Şuşa rayonu Quşçular kəndində dəfn olunub. Bakının Nizami rayonunda küçələrin biri onun adını daşıyır.