Qobustan həbsxanasının 2 əməkdaşı cinayətdə ittiham olunur
0
0
Bu barədə APA-ya açıqlamasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib. O qeyd edib ki, Ədliyyə Nazirliyi tərəfindən Qobustan həbsxanasında xidməti təhqiqat aparılıb və nəticələrinə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib.
Bunun nəticəsi olaraq həbsxananın təsərrüfat şöbəsinin rəis müavini və yeməkxananın rəhbərinə qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda fakt üzrə zəruri istintaq tədbirləri davam etdirilir.