Moskvada milis azərbaycanlını qətlə yetirib
16 aprel 2011 10:37 (UTC +04:00)

Moskvada milis azərbaycanlını qətlə yetirib

0
Moskva vilayəti Daxili işlər Baş İdarəsinin xüsusi təyinatlı milis dəstəsinin zabiti Rusiya paytaxtında baş verən dava zamanı adam öldürüb. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, qətl yolda baş verən mübahisə zəminində törədilib.

İnsident dünən gündüz saatlarında 15-ci park küçəsində qeydə alınıb. Əslən Azərbaycandan olan İzik İsaqov qarnından aldığı təpik zərbəsi nəticəsində dünyasını dəyişib. Mərhum Moskvada şəxsi avtomobili ilə taksi xidməti göstərirmiş.

Milis zabiti hadisə baş verən vaxt xidməti vəzifəsini icra etməyib. Hazırda müstəntiqlər onun ifadəsini alırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 643

Oxşar yazılar