Kürdəmirdə ağır yol qəzası: 1 ölü, 4 yaralı
16 aprel 2011 12:44 (UTC +04:00)

Kürdəmirdə ağır yol qəzası: 1 ölü, 4 yaralı

0
Rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, hadisə aprelin 15-də axşam saat 20:00 radələrində Kürdəmir şəhərinin Bakı prospektində qeydə alınıb.


Rayonun Aran qəsəbəsində yaşayan 1983-cü il təvəllüdlü Asim Azər oğlu Vəliyev 90 ES 687 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobilini yüksək sürətlə idarə edərkən qarşı tərəfdən gələn 1962-ci il təvəllüdlü Sabirabad rayon sakini Zabil Hidayət oğlu Mehdiyevin idarə etdiyi HO 19064 nömrə nişanlı “Mitsubishi” markalı avtomobillə toqquşub. Güclü zərbə nəticəsində “VAZ-2107” markalı avtomobil yolun kənarında 1991-ci il təvəllüdlü dayanmış Kürdəmir şəhər sakini Məcid Sahib oğlu Əliyevə məxsus 33 BD 651 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilə, sonra isə 1947-ci il təvəllüdlü Kürdəmir sakini Ağakişi Böyükkişi oğlu Əzizova məxsus 90 KG 386 dövlət nömrə nişanlı “Boqdan 2110-4082” markalı maşına çırpılıb.


Hadisə nəticəsində yolun kənarında dayanmış “VAZ-2107”nin sürücüsü Məcid Əliyev dünyasını dəyişib, digər üç avtomobilin sürücüləri və 1982-ci il təvəllüdlü sərnişin Salman Saleh oğlu İbrahimov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 719

Oxşar yazılar