Baş həkimin müavininin evi qarət edildi
0
0
Qax Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın yerli bürosuna verilən məlumata görə, oğruluq hadisəsi aprelin 16-da saat 03.00 radələrində Qax şəhəri, Səttarxan küçəsində Mustafayev Nəsimi Vahid oğlunun yaşadığı evdə baş verib.
N.Mustafayevin Qax RPŞ-ə verdiyi ifadəyə görə, gecə saat 03.00 radələrində evdəki səsə görə yuxudan oyanıb və bu zaman tanımadığı sarışın bir kişinin evdən qaçdığını görüb. Bundan sonra evdən oğruluğun olub-olmamasını yoxlayan N. Mustafayev özünə məxsus bir ədəd qızıl üzüyün və 3000 manatın oğurlandığını bilib.
Hadisə ilə bağlı Qax RPŞ-də cinayət işi başlanıb, N. Mustafayevin evini qarət edən şəxsin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Qax RPŞ-dən APA-ya onu da bildiriblər ki, N. Mustafayev Qax Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini işləyir.