Günün tarixi
18 aprel 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1791. İngilis parlamenti Afrikada köləliyin ləğvinin əleyhinə səs verib
1853. Asiyada ilk dəmir yol xətti (Bombey – Tanna, 35 km) açılıb
1897. Aktrisa Şövkət Məmmədova Tiflisdə anadan olub
1909. Vatikan fransız milli qəhrəmanı Janna Darkı müqəddəslər sırasına daxil edib
1922. Keçmiş SSRi-də ilk avtobus marşrutları paytaxt Moskvada açılıb
1941. Almaniyada seriya ilə buraxılan ilk hərbi təyyarə olan “Messerschmidt Me.262”-nin istehsalına başlanıb
1946. BMT fəaliyyətə başladığı üçün Millətlər Cəmiyyəti buraxılıb
1954. Polkovnik Camal Əbdül Nasir Misirin baş naziri və hərbi qubernatoru seçilib
1955. Görkəmli fizik Albert Eynşteyn vəfat edib
1961. Diplomatik əlaqələr üzrə Vyana Konvensiyası qəbul edilib
1991. Şair Tofiq Bayram vəfat edib
1996. İsrail aviasiyasının qaçqın düşərgəsini bombalaması zamanı mindən çox livanlı həlak olub
2001. Daşkənddə Azərbaycan və Özbəkistan arasında 2001-2010-cu illər üzrə iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb
2002. Norveçli səyyah Tur Heyerdal vəfat edib. Görkəmli səyyah Azərbaycan SSR-ə ilk dəfə 1981-ci ildə gəlib. Müstəqil Azərbaycana isə o, 2000-ci ilin sentyabrında ayaq basıb.

Günün aforizmi
“Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından qədimdir”.
Tur Heyerdalın Qobustandakı nitqindən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 621

Oxşar yazılar