Bakıda “VAZ 21011” avtobusa çırpıldı: 1 ölü, 4 yaralı
17 aprel 2011 12:40 (UTC +04:00)

Bakıda “VAZ 21011” avtobusa çırpıldı: 1 ölü, 4 yaralı

0
Aprelin 17-də gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Köhnə Günəşli qəsəbəsində, 1964-cü il təvəllüdlü Elmar Usubovun idarə etdiyi “Daewoo” markalı avtobusla “VAZ 21011” markalı avtomobil toqquşub.

Hadisə Zığ istiqamətindəki yolda baş verib. Nəticədə “VAZ 21011”-n sürücüsü, 1981-ci il təvəllüdlü Nəsimi Nəsirov hadisə yerində ölüb. Onun sərnişini, 1986-cı ildə anadan olmuş Emin İmanov isə ağır vəziyyətdə 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Daha iki nəfər isə xəsarətləri yüngül olduğundan ambulator müalicəyə yazılıb.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 663

Oxşar yazılar