Bakıda avtoyuma məntəqəsində faciəli ölüm
0
0
Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, “Xutor” adlanan ərazidəki avtoyuma məntəqələrindən birində ölüm hadisəsi baş verib.
Məlumata görə, məntəqədə avtomobilləri yumaqla məşğul olan Kürdəmir rayon Topalhəsənli kənd sakini, 1993-cü il təvəllüdlü Süleymanov Elşad Fazil oğlu elektrotravma xəsarəti ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Lakin xəstəxanaya daxil olarkən E.Süleymanov artıq keçinibmiş.
Sonrakı araşdırmalar nəticəsində məlum olub ki, 18 yaşlı Kürdəmir sakinini avtoyuma üçün istifadə olunan avadanlıqda yaranan nasazlığı aradan qaldırmaq istəyərkən cərəyan vurub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.
Nizam RZA