Bakıda “quşbaz müharibəsi”
18 aprel 2011 12:07 (UTC +04:00)

Bakıda “quşbaz müharibəsi”

0
Bakıda quşbazlardan birinin 30 cins göyərçini oğurlanıb. Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, aprelin 17-də Lökbatan qəsəbə sakini Hüseynov Həsən Məcnun oğlu polisə müraciət edib. O bildirib ki, gecə saatlarında naməlum şəxslər yaşadığı Bünyadzadə küçəsindəki binanın həyətində yerləşən hinə basqın edib. Oğrular H.Hüseynovun hininin daş divarını sökərək 30 ədəd cins göyərçinini aparıblar.


Qeyd edək ki, bu, Lökbatan qəsəbəsi Bünyadzadə küçəsindəki binanın həyətində ilk belə hadisə deyil. Ötən il dekabrın 19-dan 20-nə keçən gecə H.Hüseyovun qonşusunun hinindən 45 ədəd göyərçin oğurlanıb. Lakin oğruları tutmaq mümkün olmayıb.

Şikayətçilər ərizələrində oğurluğun quşbazlıqla məşğul olanların törətdiyini də bildiriblər.

Hər iki faktla bağlı araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1872

Oxşar yazılar