Qəhrəmanlar unudulmur – Milli Qəhrəmanlar Rasim İbrahimov, Fariz Mədətov
0
0
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.
Qəhrəmanlar unudulmur!
Rasim Səxavət oğlu İbrahimov 1962-ci aprelin 18-də Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Çilov adasında anadan olub. O, zabit kimi Almaniyada, Azərbaycanın müxtəlif rayonlarında xidmət keçib. 1991-ci ildə Füzuli rayonunda özünümüdafiə taboru yaradıb, komandirlik edib. Füzuli rayonunun müdafiəsində rəşadətlə vuruşub. 1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda ağır döyüşə girib, düşmənə ağır zərbə vurub, ermənilər əlavə qüvvə gətirdikdən sonra mühasirəyə düşüb, yaralanıb, lakin döyüşə axıra qədər rəhbərlik edib. Son nəfəsində düşmən əlinə düşməmək üçün özünü qumbara ilə partladıb və həlak olub. Cəsur komandirin son sözləri belə olub: “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq”. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 131 saylı orta məktəb onun adını daşıyır, Çilov adasında abidəsi ucaldılıb, adına bağ salınıb.
Fariz Əlövsət oğlu Mədətov 1972-ci il aprelin 18-də Yevlax rayonunun Varvara kəndində anadan olub. O xüsusi təyinatlı hərbi hissənin tərkibində Qubadlı, Füzuli, Kəlbəcər, Tərtər istiqamətlərində döyüşlərdə rəşadətlə vuruşub. O, cəsur kəşfiyyatçı kimi ad çıxardıb, mühüm hərbi tapşırıqları yerinə yetirib. Dəfələrlə yaralanıb, amma Milli Ordunun sıralarında qalıb. 1996-cı ildə yaraları incitdiyinə görə Ordu sıralarından tərxis olunub. Hazırda kapitan rütbəsində Yevlax polis orqanlarında çalışır.