Atəşkəs bir neçə istiqamətdə pozulub
0
0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən qüvvələri aprelin 18-də saat 18.51-dən 19.05-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.00-dan 20.15-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.30-dək və 21.30-dan 21.40-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.30-dan 23.45-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
0
0