Lənkəranda ağır qəza: 2 ölü
19 aprel 2011 10:24 (UTC +04:00)

Lənkəranda ağır qəza: 2 ölü

0
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq-təhqiqat şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə aprelin 19-u saat 4.00 radələrində Ələt-Astara magistralının 213-cü km-də - Lənkəran rayonunun Bürcəli kəndi ərazisində qeydə alınıb.

Astara rayonunun Siyəkü kənd sakini, 1978-ci il təvəllüdlü Tərlan Xosaxan oğlu Zahidovun idarə etdiyi “Mercedes” markalı, 90 FS 642 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaclara çırpılıb.


Nəticədə sürücü və maşındakı sərnişin, Astara rayonunun Siyəkü kənd sakini, 1977-ci il təvəllüdlü Etibar Salman oğlu Ziyadov hadisə yerindəcə dünyasını dəyişiblər.
Faktla bağlı DİN BDYPİ-nin istintaq-təhqiqat şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar